"Əxlaqsız müttəfiq" - Amerikanın riyakarlığı Ərdoğanı əsəbləşdirdi

© Photo : Murat Cetinmuhurdar / Presidential Palace / Handout via REUTERS Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin dinc əhalini qırdığı barədə Qərb dairələrinin açıqlamalarına sərt reaksiya verib

BAKI, 23 fevral — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin əməliyyatının bundan sonra daha da sürətlə irəliləyəcəyini bildirib. O, müttəfiqlərinin əxlaqsız olduğunu dilə gətirib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahında çıxış edən prezident Türkiyə Silahlı Qüvvələrinin dinc əhalini qırdığı barədə ABŞ dairələrinin açıqlamalarına sərt reaksiya verib:

Türk əsgərləri Afrində - Sputnik Azərbaycan
TƏHLİL
Türkiyə ətrafında vəziyyət gərginləşir, Ərdoğan hansı addımı atacaq?

"Bizi ən çox müttəfiq hesab etdiyimiz, siyasi və hərbi sahədə çox dərin əlaqələrimizin olduğu ölkələrin riyakarlığı, qeyri-ciddiliyi kədərləndirir. Budur, dünən həmin ölkələrdən birinin müdafiə nazirliyinin nümayəndəsi çıxıb üzü qızarmadan, utanmadan, çəkinmədən Afrində mülki şəxslərin öldüyünü, insanların zorakılıq səbəbindən evlərinə qayıda bilmədiyini söyləyir. Ay vicdansız, ay əxlaqsız, Şərqi Gutada hər gün yüzlərlə uşağın, qadının, yaşlının, dinc sakinin alçaqcasına qətlə yetirilməsindən zərrə qədər də olsun narahatçılıq keçirmirsən, amma burada terrorçulara qarşı aparılan mübarizədən narahat olursan və yalan məlumatlar yayırsan!" 

Ərdoğan qeyd edib ki, əgər Afrində mülki şəxslərlə terrorçuları ayırmasaydılar, əməliyyat çoxdan başa çatmışdı.

"Əvvəlcə Menbeçi təmizləyəcəyik, sonra Fəratın şərqini təhlükəsiz vəziyyətə gətirənə qədər yolumuza davam edəcəyik. Görünür, bu yaz həm terror təşkilatları, həm də onları dəstəkləyənlər üçün isti keçəcək", — deyə Türkiyə prezidenti bildirib.

O qeyd edib ki, Suriya rejimi öz torpaqlarını qorumağa cəhd göstərmir: "Rejim ölkədən qaçanlarla bağlı hansısa addımları atmaq niyyətində deyil. Rejim "onlardan qurtulduq" deyir. Amma biz bu yola baş qoymuşuq". 

İraqın Süleymaniyyə şəhərində PYD-yə dəstək mitinqi, 16 fevral 2018-ci il - Sputnik Azərbaycan
Əsədin döyüşçüləri Afrində baş terrorçunun portretini qaldırdılar

Xatırladaq ki, Ərdoğanın etiraz etdiyi açıqlamanı ABŞ-ın Müdafiə Nazirliyinin (Pentagon) sözçüsü Edrian Qallovey (Adrian Galloway) Afrin əməliyyatı ilə bağlı "El Hurra" televiziyasına müsahibəsində vermişdi.

"Amerikanın Səsi'in yazdığına görə, Qallovey müsahibəsində deyib:

"Hazırda mülki əhalinin ölməkdə olduğu və insanların zorakılıq səbəbindən evlərinə geri qayıda bilmədiyi bir mənzərə ilə üz-üzəyik. Gərginliyi aradan qaldırmaq vacibdir. Vəziyyəti sabitləşdirmək və türk müttəfiqlərimizlə onların narahatçılığına son qoyan həll yolunu tapmaq üçün birlikdə çalışan Xarici İşlər Nazirliyindəki ortaqlarımızı dəstəkləyəcəyik. Bu müddət ərzində də bölgədəki əsas təhdid olan İŞİD-ə qarşı müharibəni davam etdirəcəyik".

Xəbər lenti
0