CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hamilə qalmaq şansınızı artırın: Bunları etməyin

CC0 / sasint / Family Gənc cütlük yataqda
Gənc cütlük yataqda - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər cinsi əlaqədən sonra ən azı 15-20 dəqiqə uzanmağı tövsiyə edir

BAKI, 22 fevral — Sputnik. Həkimlərin müşahidələrinə görə, bəzən qadınlar üçün çox adi görünən şeylər hamiləlik şansını xeyli azalda bilər.

Belə ki, bir çox qadınlar cinsi əlaqədən sonra ayağa qalxır, hamam otağına gedir və yuyunur. Mütəxəssislərin fikrinə görə, bunlar hamiləliyin ehtimalını azaldan vərdişlərdir.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən xəbər verir ki, ABŞ mütəxəssisləri tərəfindən aparılmış araşdırma göstərib ki, cinsi əlaqədən sonra bir müddət ərzində uzanmaq hamiləlik şansını 20%-ə qədər artırır.

Mütəxəssislər cinsi əlaqədən sonra ən azı 15-20 dəqiqə uzanmağı tövsiyə edir. Yuyunmağa gəldikdə isə, bu da hamiləliyin şansını azaldan amillərdəndir.

Xəbər lenti
0