Böyük Britaniyanın kraliçası Yelizaveta Londonda keçirilən moda sərgisində

İngiltərənin 91 yaşlı kraliçası moda sərgisini izləyib - FOTO

50
(Yenilənib 10:22 22.02.2018)
Kraliça sərgiyə dizayneri Ancela Kellinin əsəri olan mavi paltar geyinib

BAKI, 21 fevral — Sputnik. Böyük Britaniyanın kraliçası, 91 yaşlı Yelizaveta Londonda keçirilən moda sərgisini izləyib. Kraliça "Richard Quinn" brendinin yeni kolleksiyasının təqdimatına qatılıb.

Böyük Britaniyanın kraliçası Yelizaveta Londonda keçirilən moda sərgisində
© REUTERS / Yui Mok
Böyük Britaniyanın kraliçası Yelizaveta Londonda keçirilən moda sərgisində

Sputnik Azərbaycan "Daily Mail"ə istinadən xəbər verir ki, II Yelizaveta təqdimata "Vogue US" jurnalının baş redaktoru Anna Vintur və Britaniya Moda Şurasının (British Fashion Council) rəhbəri Kerolayn Raşla gəlib.

Kraliça sərgiyə dizayneri Ancela Kellinin əsəri olan mavi paltar geyinib.

Şou başa çatandan sonra kraliça 27 yaşlı model Riçard Kuinə "Britaniya modasında ən yaxşı debüt" mükafatını təqdim edib. 

50
Teqlər:
kraliça, İkinci Yelizaveta, moda, Böyük Britaniya