Türk əsgərləri Afrin bölgəsində

Türkiyədən açıqlama: Əsəd-PYD ittifaqı bizi durdura bilməyəcək

83
(Yenilənib 17:24 21.02.2018)
Ərdoğanın sözçüsü deyib ki, Bəşər Əsədlə PYD arasında hansısa razılığın olması barədə hələlik Ankaraya məlumat daxil olmayıb

BAKI, 21 fevral — Sputnik. “Bəşər Əsəd və PYD terrorçuları ittifaqa girsələr belə, Türkiyə və Azad Suriya Ordusunun Afrinə başlatdığı hərbi əməliyyat davam edəcək”. Sputnik Azərbaycan "Hürriyet"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın deyib.

Kalın bildirib ki, Bəşər Əsədlə PYD arasında hansısa razılığın olması barədə hələlik Ankaraya məlumat daxil olmayıb.

"Bu cür razılaşma olsa belə, türk əsgərinin Afrinə tərəf irəliləyişini heç kəs dayandıra bilməyəcək. Kimlərsə bölgədə yeni terror yuvaları yaratmağa çalışır. Türkiyə buna imkan verməyəcək. Şanlı ordumuz bütün çətinliklərə baxmayaraq, uğurlu hərbi əməliyyatına davam edir. Bu səhər etibarilə məhv etdiyimiz terrorçuların sayı 1780-ə çatıb", — sözçü deyib.

İbrahim Kalın əlavə edib ki, əgər fövqəladə vəziyyət yaranarsa, Suriya rejimi ilə birbaşa əlaqə qurula bilər.

83
Teqlər:
PYD, Bəşər Əsəd, Türkiyə, açıqlama
Əlaqədar
Politoloq: “Türkiyə ordusu Afrin əməliyyatından geri çəkilən deyil”
Rəcəb Tayyib Ərdoğandan növbəti Afrin sözü
Türklərə qarşı "Afrin tələsi": Moskvadan cavab gecikmədi
Bəşər Əsədə bağlı ordu yaxın saatlarda Afrinə girəcək
Afrində 22-ci gün: Türkiyə orada terrorçu qoymayacaq
 Türkiyə sülhməqamlıları, arxiv şəkli

Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair anlaşma imzalandı

23
(Yenilənib 12:11 01.12.2020)
"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir"

BAKI, 1 dekabr — Sputnik. Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələr başa çatıb və tərəflər arasında anlaşma imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

23
Teqlər:
anlaşma, Rusiya, Türkiyə, Qarabağ
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

4
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,68 dollar ucuzlaşaraq 48,05 dollar təşkil edib.

“Brent” markalı neftin bir barelinin qiyməti 0,59 dollar geriləyərək 47,59 dollar, “Light” markalı neftin bir barelinin qiyməti isə 0,28 dollar ucuzlaşaraq 45,06 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

4
Teqlər:
barel, birja, qiymət, neft
BDU

BDU-dan qovulan tələbə universitetə bərpa olundu

0
(Yenilənib 12:54 01.12.2020)
"Universitetdən qovmaqla biz onu tamamilə itirəcəkdik, lakin, yeni qərarla biz bir gəncimizi, bir vətəndaşımızı qazanmış olduq"

BAKI, 1 dekabr — Sputnik. Onlayn dərs zamanı dövlət bayrağını başına keçirib rəqs etdiyi üçün Bakı Dövlət Universitetindən qovulan I kurs tələbəsi Pərviz Məhəmmədov universitetə bərpa olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov məlumat verib: "Universitet rəhbərliyinin addımını təqdir edirəm. Əminəm ki, həmin gənc günahını artıq anlayıb. Universitetdən qovmaqla biz onu tamamilə itirəcəkdik, lakin, yeni qərarla biz bir gəncimizi, bir vətəndaşımızı qazanmış olduq. Doğru və humanist qərarına görə BDU-nun rəhbərliyinə təşəkkürümü bildirirəm".

0
Teqlər:
bərpa, tələbə, BDU