Microsoft şirkətinin həmtəsisçisi Bil Qeyts

İş adamı hökumətə səsləndi: “Məndən daha çox vergi alın”

68
(Yenilənib 15:08 21.02.2018)
Araşdırmalara görə, qarşıdakı 25 il ərzində Qeytslər ailəsi milyarder yox, artıq trilyoner olacaq

BAKI, 21 fevral — Sputnik. O, dünyanın ən zəngin adamı olaraq tanınır. Söhbət "Microsoft" şirkətinin qurucusu Bill Qeytsdən (Bill Gates) gedir. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, xeyriyyə fondlarına etdiyi yardımlarla da tanınan Bill Qeyts Amerika hökumətinə səslənərək, ondan daha çox vergi alınmasını tələb edib.

"Cənab Trampın milyonçu iş adamlarından alınan vergiləri azaltmaqla bağlı fərmanını pisləyirəm. Mən 10 milyard dollardan çox vergi ödəmişəm. Ancaq bu da azdır. Hökumət varlı insanlardan daha çox vergi toplamalıdır. Zəngin insanlar qarşısında ciddi tələblər qoyulmalıdır", – Qeyts deyib.

Araşdırmalara görə, qarşıdakı 25 il ərzində Qeytslər ailəsi milyarder yox, artıq trilyoner olacaq. Bu isə dünyada bir ilk kimi tarixə keçəcək.

68
Teqlər:
"Microsoft" şirkəti, Bill Qeyts, tələb, vergi
Günəş, arxiv şəkli

Yunanıstanda maraqlı təbiət hadisəsi baş verib

38
"Günəş iti" kimi bir fenomenal hadisəni demək olar ki, xüsusilə yaxşı havalarda dünyanın hər yerində görmək mümkündür.

BAKI, 2 iyul — Sputnik. Yunanıstanda "Günəş iti" adlanan nadir bir təbiət hadisəsi baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, hadisənin video görüntüsü "Youtube"-da paylaşılıb. Videoda Günəşin su üzərində dayandığı an təsvir olunur. Göy gövdəsi yarıya qədər buludla örtülüb. Nəticədə günəşin "ikiqat olması" xəyalı yaranır. "Günəş iti" kimi bir fenomenal hadisəni demək olar ki, xüsusilə yaxşı havalarda dünyanın hər yerində görmək mümkündür.

Xatırladaq ki, kameralar 2019-cu ilin dekabrında Amerikanın Missuri ştatındakı Sent-Luis şəhəri üzərində səmada Yer atmosferinə daxil olan meteoru çəkmişdi.

38
Teqlər:
Günəş, Yunanıstan
ABŞ bayrağı, arxiv şəkli

ABŞ-da Rusiyaya qarşı yeni sanksiyalar tələb edirlər

2
İstər Moskvada, istərsə də Donald Tramp administrasiyasında Rusiyanın "Talibanla sözləşməsi" iddialarını rədd edirlər.

BAKI, 2 iyul — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi "Talibanla sözləşdiyinə görə" Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Sputnik Azərbaycan xəbər verir ki, Pelosi bunu MSNBC telekanalına müsahibəsində deyib. 

"Biz Rusiyaya qarşı sanksiyalar tətbiq etməliyik, özü də indi", – spiker bildirib.

İstər Moskvada, istərsə də Donald Tramp administrasiyasında Rusiyanın "Talibanla sözləşməsi" iddialarını rədd edirlər.

Əsassız iddialar

"The New York Times" dərc etdiyi məqaləsində iddia edib ki, Rusiya hərbi kəşfiyyatı Əfqanıstanda ABŞ əsgərlərinə hücumlara görə Talibanla əlaqəli olan yaraqlıları mükafatlandırır və ABŞ prezidentinə bu barədə məlumat verilib. Lakin bu iddiaya heç bir dəlil verilməyib.

Rusiyanın ABŞ-dakı səfirliyi isə ölkə rəhbərliyindən bu cür xəbərlərə görə diplomatlara edilən təhdidlərə adekvat cavab verməyi tələb edib. Xarici İşlər Nazirliyi mətbuatda yayılan xəbərləri saxta, Tramp isə sifariş adlandırıb. Ağ Ev, Pentaqon və ABŞ kəşfiyyatı bu hesabatların təsdiqlənmədiyini və Trampa "təhdidlər" barədə məlumat verilmədiyini deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Talibanla "sözləşməsi" barədə iddianı şərh edərkən bunun yalan olduğunu deyib.

2