Türk əsgərləri Afrin bölgəsində

Türklərə qarşı "Afrin tələsi": Moskvadan cavab gecikmədi

2528
(Yenilənib 11:57 20.02.2018)
Saleh Müslimin "Rusiya vasitəçilik edir" açıqlamasına Moskvadan cavab gecikməyib

BAKI, 20 fevral — Sputnik. Suriyanın şimalında, Türkiyənin hərbi əməliyyat keçirdiyi Afrin bölgəsində vəziyyət gün keçdikcə daha da gərginləşir. Türkiyə Silahlı Qüvvələri (TSQ/TSK) və Azad Suriya Ordusu (ASO) qarşısında tab gətirə bilməyən PYD terrorçuları Suriya prezidenti Bəşər Əsəddən yardım istəyib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, terror təşkilatının lideri Saleh Müslim Suriya hökumətinə təklif göndərdiklərini və hazırda cavab gözlədiklərini deyib. Müslim, həmçinin əlavə edib ki, təşkilatın Bəşər Əsədlə danışıqlarında Rusiya vasitəçilik edir.

Saleh Müslimin "Rusiya vasitəçilik edir" açıqlamasına Moskvadan cavab gecikməyib. Kreml yayılan məlumatı təkzib edib.

"Əgər Suriya ordusu PYD terrorçularını qorumaq üçün Afrinə girsə, o zaman Türkiyə ordusunu heç kəs dayandıra bilməz". Bunu isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu (Mevlüt Çavuşoğlu), Bəşər Əsədlə PYD arasında əldə olunan razılaşma iddialarını şərh edərkən deyib.

"Bu barədə yayılan iddiaları biz də eşitdik. Hələlik rəsmi açıqlama yoxdur. Suriya ordusunun Afrinə hansı məqsədlə girmək istədiyinə baxmaq lazımdır. Əgər niyyətləri PYD-li terrorçuları təmizləməkdirsə, o zaman problem yaranmaz. Yox əgər, məqsədləri PYD-yə dəstək verməkdirsə, onda türk əsgərinin Afrinə doğru hərəkətinin qarşısını heç kim ala bilməyəcək", — Çavuşoğlu qeyd edib.

Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, Suriyanın dövlət telekanalı dünən rejimə bağlı ordunun 24 saat ərzində Afrinə daxil olacağı xəbərini yaymışdı. İddiaya görə, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu qarşısında tab gətirə bilməyən PYD/YPG terrorçuları Afrini Türkiyəyə təslim etməmək naminə Bəşər Əsəd rejimi ilə razılaşıb. PYD ABŞ-ın müttəfiqi olmasına baxmayaraq, Bəşər Əsədin bütün şərtlərinə boyun əyib.

Nədir o şərtlər?

1. PYD/YPG bütün silahlarını rejimə təhvil verməli;

2. Afrində PYD-yə aid 52 hərbi baza Suriya rejiminin nəzarətinə keçməli;

3. Bölgədəki bütün məktəblər və dövlət obyektləri yenidən rejimin nəzarətinə qaytarılmalıdır.

PYD-nin Afrindəki nümayəndəsi Hevi Mustafa isə yayılan məlumatı təkzib edib. Mustafa deyib ki, hələlik razılıq əldə olunmayıb və danışıqlar davam edir.

2528
Teqlər:
Saleh Müslim, Afrin bölgəsi, TSQ, hərbi əməliyyat, ASO, Azad Suriya Ordusu, TSK, Türkiyə Silahlı Qüvvələri, PYD, Bəşər Əsəd, Suriya, Rusiya, Türkiyə, terrorçu
Əlaqədar
Türkiyədən Suriya ordusuna kəskin xəbərdarlıq: Böyük toqquşma gözlənilir
Şahinoğlu: “ABŞ Türkiyənin düşmənlərini silahlandırmağa davam edir”
İranda Türkiyə əleyhinə aksiyaya icazə verilmədi
Türkiyə Amerikanı ayağına gətirdi: Münasibətlər normallaşacaq
Şok iddia: Bəşər Əsəd və PYD Türkiyəyə qarşı razılaşdı?
 Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko Belarusun dağılması təhlükəsindən danışdı

13
(Yenilənib 00:23 11.07.2020)
Prezident eyni zamanda vurğulayıb ki, Belarusda dəyişikliklər "Maydandan deyil, Konstitusiyadan" gəlməlidir

BAKI, 10 iyul — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin dağılması təhlükəsi olduğunu bəyan edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Lukaşenko yerli KİV-lərlə görüşündə ölkənin suverenliyinin qorunmasının əsas məqsəd olduğunu bildirib.

"Yalnız mənim deyil, bizim öz əllərimizlə qurduğumuz hər şeyin sabah dağılmasını və kiminsə gəlib, eksperimentlər həyata keçirməsini istəmirəm", - deyə Lukaşenko vurğulayıb.

Prezident eyni zamanda vurğulayıb ki, Belarusda dəyişikliklər "Maydandan deyil, Konstitusiyadan" gəlməlidir.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkisi keçiriləcək. Seçki kampaniyası zamanı müxalifətin bəzi liderləri və namizəd Viktor Babariko tutulub. Belarus DİN vurğulayır ki, onlar siyasi fəaliyyətinə görə deyil, kütləvi tədbirlər zamanı asayişin pozulmasına görə saxlanılıblar.

13
Əlaqədar
Lukaşenko anons etdi – İqtisadi, ekoloji problemlər kəskinləşəcək
Lukaşenko qələbə paradında - Moskvanı vətəninin paytaxtı adlandırdı
Lukaşenko bəyan etdi: "Koronavirus üzərində qələbə çaldıq"
Kreml: Belarusdakı seçkilərə müdaxilə etməyə hazırlaşmırıq
Lukaşenko xəbərdarlıq edib: Belarus ərazisinin bir hissəsini itirə bilər
İranda epdimioloji vəziyyət

İran bərbad durumda: ölənlər azalsa da, yoluxanların sayı artıb

7
(Yenilənib 22:34 10.07.2020)
Dünən İranda bir sutka ərzində 2079 nəfərdə virus aşkarlanmış, 221 nəfər COVID-19-dan dünyasını dəyişmişdi. Bu gün isə daha 142 nəfər ölüb. Amma yoluxma sayında artım var

BAKI, 10 iyul — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2262 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari bildirib.

"Son 24 saat ərzində koronavirusa 2262 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 252720-yə çatıb. Bir gün ərzində 142 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 12447-yə çatıb", - deyə məlumatda bildirilib.

O, həmçinin qeyd edib ki, virusa yoluxan 252720 şəxsdən 215500 nəfəri sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 12 milyonu keçib, 554 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

7
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Avstraliya və Honkonqda koronavirus məhdudiyyətləri bərpa olunur
Azərbaycanın xaricdəki bəzi diplomatları koronavirusa yoluxub
Həyatınızla eksperiment aparmayın - Koronavirusu müalicə "edən" dərman təhlükəli çıxdı
Koronavirusa qarşı yeni dərmanlar tapıldı
ÜST: Rusiyada koronavirus məhdudiyyətləri qayıda bilər