BAKI, 19 fevral — Sputnik. Onun əsl adı Zeynal Ərdəmdir. Amerikada isə dilə asan yatdığı üçün onu Zak Ərdəm kimi çağırırlar. Zak Ərdəm Nyu-Yorkda yaşayır. Əslən türkdür.
Ərdəm 11 yaşında Ərzincan vilayətinin kəndlərindən birində çobanlıq edərkən yerdə qəzet parçası görür. Maraq üçün oxumağa başlayır və qəzetin arxa səhifələrinin birində Nyu-York şəhərinin fotosunu görür.
Ərdəm şəhərə vurulur və Amerikaya köçməyin xəyalları ilə yaşamağa başlayır. Və o gün gəlib çatır. Ərdəm 21 yaşı olmasına baxmayaraq, risk edir və cibində cəmisi 200 dollar olmasına baxmayaraq yeni dünyaya — Amerikaya yollanır.
Altı ay Nyu-Yorkun ən sıx rayonu olan Manhattanda küçələrdə yaşayır. Sonra şəhərin ən məşhur restoranlarından olan "Nello"da özünə iş tapır. Həm ofisiantlıq edir, həm tualet təmizləməklə məşğul olur.
O, bütün bunları edərkən heç vaxt utanmır. Ancaq vaxt gəlir, Zak Ərdəm tualetini təmizlədiyi restoranın sahibinə çevrilir. Çünki qazandığı pullarla bədxərc davranmır.
Uğurlu karyerasına beləcə davam edən Zak Ərdəm gün keçdikcə daha da varlanır. İndi onun restorandan savayı iki gecə klubu və bir hoteli də var. 36 yaşlı türkün illik qazancı isə 10 milyon dollardır.
Sputnik Azərbaycan "Milliyet"-ə istinadən bildirir ki, bu gün türkiyəli iş adamının restoranına gələnlər arasında "Hollivud"un tanınmış simaları — Leonardo Di Kaprio (Leonardo Di Caprio), Cenifer Lopes (Jennifer Lopes), Haq Cəkmən (Hugh Jackman), həmçinin məşhur müğənnilər Beyons (Beyonce), Castin Biber (Justin Bieber), Cey Z (Jay Z) və başqaları da var.
BAKI, 26 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş dövlət başçısı Cozef Baydenlə bu gün telefonla danışıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Co Baydenin mətbuat katibib Cen Psakinin sözlərinə görə, telefon danışığı ABş tərəfinin təşəbbüsü ilə baş tutub.
Putin həmkarını ABŞ prezidenti postunda işə başlaması münasibətilə təbrik edib.
Kremlin məlumatına görə, Putin dünyada təhlükəsizlik və sabitliyin qorunmasına görə məsuliyyətləri nəzərə alınmaqla Rusiya ilə ABŞ-ın münasibətlərinin normallaşmasının hər iki ölkənin, eləcə də bütün dünyanın xeyrinə olacağını vurğulayıb.
Psakinin sözlərinə görə, ABŞ tərəfinin əsas niyyətlərindən biri Strateji Hücum Silahlarına dair Müqavilənin (SHS-3) 5 il müddətinə uzadılması olub. Prezidentlər müqavilənin uzadılması barədə razılığa gəliblər.
Həmçinin dövlət başçıları koronavirus pandemiyasına qarşı mübarizədə, eləcə də ticari-iqtisadi əlqələr daxil olmaqla digər sahələrdə də əməkdaşlıq imkanlarını müzakirə ediblər. Beynəlxalq və ikitərəfli gündəmin aktual məsələləri də müzakirə obyekti olub.
Qeyd edək ki, SHS-3 silahlanmanın məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında qüvvədə olan yeganə müqavilədir. 5 fevral 2011-ci ildə qüvvəyə minmiş müqavilənin müddəti 5 fevral 2021-ci il tarixində başa çatacaq. Əgər müqavilə yenilənməsə, artıq dünyada bu iki böyük nüvə gücünün silah arsenallarını məhdudlaşdıran heç bir sənəd mövcud olmayacaq
BAKI, 26 yanvar - Sputnik. Amerikalı iqtisadçı Stiven Rouç 2021-ci ilin sonunadək dolların 35% düşəcəyi barədə proqnozunu yenidən xatırladıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Bloomberg üçün yazdığı məqalədə məlumat verib.
"Ötən ilin martında ABŞ-da COVID-19 pandemiyası "partlayış edəndən" bəri dollar çökməkdədir. O, ABŞ-ın əsas ticarət partnyorları ilə müqayisədə təxminən 10-12% düşüb", - iqtisadçı vurğulayıb.
Rouç əmin edir ki, Amerika valyutasının enişi yaxın vaxtlarda dayanmayacaq. Onun fikrincə, ABŞ-ın cari büdcə ödəmələrindəki defisitin kəskin artımı, avro kotirovkalarının riskləri və Amerikanın Federal Ehtiyatlar Sistemi bu çöküşə səbəb olacaq.
Bundan başqa, pandemiyanın davam etməsi, resessiyaya çox yaxın olan iqtisadiyyatın durumu da, iqtisadçının sözlərinə görə, dollara neqativ təsir göstərir. Hazırkı vəziyyətdə daha bir iqtisadi yardım paketinin ağır nəticələri ola bilər, çünki "ABŞ-ın ehtiyatları buna bəs etməyəcək".
Bloomberg bundan öncəki məqalələrinin birində ABŞ-ın Federal Ehtiyatlar Sisteminin keçmiş başçısı Canet Yellenin ölkənin maliyyə naziri olduqdan sonra dolların axırına çıxacağı barədə proqnoz vermişdi.