Suriya prezidenti Bəşər Əsəd

Şok iddia: Bəşər Əsəd PYD Türkiyəyə qarşı razılaşdı?

1 / 2
262
(Yenilənib 01:42 19.02.2018)
Türkiyənin Suriyanın şimalındakı Afrin bölgəsinə başlatdığı hərbi əməliyyat 28 gündür ki, uğurla davam edir

BAKI, 16 fevral — Sputnik. Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrin bölgəsində PYD terrorçularına qarşı başlatdığı əməliyyatla bağlı şok iddia ortaya atılıb. Sputnik Türkiyə xəbər verir ki, iddianı ortaya atan Livanda yayımlanan Mayadeen telekanalıdır. Telekanal Suriyadakı etibarlı mənbələrə istinadən bildirib ki, Bəşər Əsəd rejimi PYD terrorçuları ilə razılığa gələrək Afrin bölgəsini nəzarətə götürməyə hazırlaşır.

"PYD terrorçuları Afrində məğlub olacaqlarını bildiyi üçün, bölgəni türklərə təslim etməmək naminə Suriya rejimi ilə razılıq əldə edib. Terrorçular bilir ki, əgər rejimə bağlı əsgərlər Afrində nəzarəti ələ alsa, Türkiyə bölgəyə girməyə ehtiyac duymayacaq və geri çəkiləcək. Çünki türk ordusu Afrini PYD-nin idarə etməsini istəmir" – məlumatda qeyd olunur.

Məsələ ilə bağlı Sputnik-in sualını cavablandıran ABŞ Dövlət Departamentinin mətbuat katibi Erik Paho deyib ki, yayılan informasiya haqda heç bir məlumatları yoxdur. "Bu barədə bizə məlumat daxil olmayıb" – Paho deyib.

İddia rəsmi Dəməşq tərəfindən təkzib edilib. "Yayılan məlumatda heç bir doğruluq payı yoxdur" – rejimdən bildirilib.

Rusiyanın beynəlxalq "Russia Today" telekanalı isə bugünkü yayımında qeyd edib ki, əslində PYD Əsəd rejiminə belə bir təklif göndərib: "Ancaq Bəşər Əsədin irəli sürdüyü şərt PYD-ni qane etməyib. Əsəd PYD-dən bütün silahları dövlətə təhvil verməyi təklif edib. Lakin PYD bununla razılaşmayıb".

Qeyd edək ki, Türkiyənin Suriyanın şimalındakı Afrin bölgəsində başlatdığı hərbi əməliyyat 28 gündür ki, uğurla davam edir. Türk ordusu və ASO Afrin şəhər mərkəzinə doğru irəliləyərkən 50-dən çox kənd, qəsəbə və strateji yüksəklikləri PYD-dən azad edib.

262
Teqlər:
Afrin, Türkiyə Silahlı Qüvvələri, razılaşma, PYD, Bəşər Əsəd