Yaxın Şərqdə uduzan Amerika: İtirilən trilyonlar və xaos siyasəti

© AP Photo / Rahmat GulАмериканские войска и афганское командование патрулируют деревню Пандола в Ачинском районе Джалалабада к востоку от Кабула, Афганистан, фото из архива
Американские войска и афганское командование патрулируют деревню Пандола в Ачинском районе Джалалабада к востоку от Кабула, Афганистан, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Amerika bu regionu heç də asanlıqla əldən verməyəcək

Əlimusa İbrahimov, politoloq

BAKI, 16 fevral — Sputnik. Soyuq müharibə başa çatdıqdan sonra Amerika Birləşmiş Ştatları dünyaya təkbaşına ağalıq etmək iddiasına düşdü. Dünyanın müxtəlif regionlarında həyata keçirdiyi tədbirlər və yeritdiyi siyasət yalnız bu məqsədə xidmət etməyə başladı. Soyuq müharibənin buxovlarından azad olmuş digər qərb dövlətləri də bu işdə ona yardım etməyə başladılar. Çünki onlar soyuq müharibədən və SSRİ təhlükəsindən məhz Amerikanın vasitəsi ilə xilas ola bilmişdilər.

Səid Həriri - Sputnik Azərbaycan
Həbslər, istefalar, qarşılıqlı hədələr: Yaxın Şərq yeni qlobal müharibəyə hazırlaşır

Vəziyyətin belə davam edəcəyi eyforiyası ABŞ-a yaxın gələcəyi görməyə və perspektivi düzgün qiymətləndirməyə imkan vermədi. Amerika SSRİ dağıldıqdan sonra və Çinin hələ də onunla rəqabət etmək səviyyəsinə qalxmadığı bir dövrdə, qlobal və regional problemləri təkbaşına və öz maraqları çərçivəsində həll etməyə girişdi. Bu zaman Almaniya, Fransa, İtaliya kimi Avropa dövlətlərini də bəzən öz avantüralarına kömək etməyə dəvət edirdi ki, kollektiv hərəkat fonu yaratsın.

Yaxın Şərq ABŞ-ın yeni statusda ilk təcrübə meydançasına çevrildi. İraq və Əfqanıstana müdaxilə, Tunis, Misir, Livan və Suriyada iğtişaşlar və Ərəb Baharı…

Rusiya SSRİ-nin dağılmasından sonra aldığı zərbədən özünə gəldi və Amerikanın Yaxın Şərqdə təkbaşına hegemonluğunun qarşısına çıxdı. Təbii ki, ABŞ-ın apardığı siyasətdən narazı olan İran, Türkiyə kimi region ölkələri həvəslə Rusiyanın yanında yer aldılar.

Bu gün Amerika Yaxın Şərqdə qarşısına qoyduğu məsələlərin heç birini uğurla yerinə yetirə bilmir. Bu məsələlər hansılardır:

1. Lazım gələrsə hərbi gücdən istifadə etməklə belə, Amerikanın marağını müdafiə edib saxlamaq.

2. Yaxın Şərqdə İsrailin təhlükəsizliyini təmin etmək.

3. Çin və Rusiyanın artan nüfuzunun qarşısını almaq və bu ölkələri maksimum zəiflətmək.

ABŞ ordusunun əsgərləri - Sputnik Azərbaycan
YAZARLAR
Vaşinqtonun gətirdiyi "demokratiya": İdarəolunan xaos arzusu

Hərbi gücdən istifadə etmək heç də Amerikanın maraqlarını qoruya bilmədi. Əfqanistan və İraqın işğalı, Liviyanın yerlə bir edilməsi, Suriyada baş verən qətliamlar bumeranq kimi əks nəticə verdi. Əfqanıstan və İraq xaosa büründü, digər ölkələr də mövcudluqlarının ən pis dövrünə qədəm qoydular. ABŞ-a, onun bölgədə mövcudluğuna nifrət edənlərin sayı durmadan artdı. Vəziyyət o qədər dramatikləşdi ki, Amerikanın ənənəvi müttəfiqi olan dövlətlər də bu nifrətdən pay aldılar. İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri indi Ağ Evlə münasibətlərinin acısını dadmaqdadırlar. Yaxın Şərq ölkələri içində təkcə Türkiyə öz milli və dövlətçilik maraqlarını ABŞ ilə dostluqdan daha üstün tutaraq vaxtında müstəqil siyasət yeritmək kursu götürə bildi. Ona görə də ABŞ indi onu kürdlərin — PKK və YPG-nin əli ilə cəzalandırır. Amerikanın yeni prezidenti Donald Trampın tez-tez sitat gətirdiyi kimi, on il müddətində Yaxın Şərqdə hərbi əməliyyatlara sərf edilən 6-7 trilyon dollar digər məqsədlərə istifadə olunsaydı, nə bu ölkələr indiki acınacaqlı vəziyyətə düşər, nə də Amerika regionda arzuolunmaz dövlətə çevrilərdi.

İsrailin təhlükəsizliyini təmin etmək məsələsinə gəlincə. Birləşmiş Ştatlar 1948-ci ildən, İsrailin yarandığı gündən bu missiyanı öz üzərinə götürüb. Son dövrlərdə isə Trampın prezident seçilməsi ilə daha da fəallaşan yəhudi lobbisinin təzyiqi altında İsrailin təhlükəsizliyi prioritet məsələyə çevrilib. Həm yəhudi lobbisi, həm də İsrail dövləti Donald Tramp qədər onlara yaxın olan ikinci dövlət başçısına rast gəlməyəcəklərini başa düşür və əllərinə düşmüş bu imkandan maksimum faydalanmağa çalışırlar. Bu cəhdlərin nəticəsi də Qüdsün İsrailin paytaxt edilməsi kim divident formasında onlara geri qayıdır. İsrailin təhlükəsizliyi son dövrlər ABŞ-ı o qədər narahat edir ki, hətta zaman-zaman Amerika öz maraqlarını belə İsrailin təhlükəsizliyinə qurban verməkdən çəkinmir. Qüdsün İsrailin paytaxtı elan olunması məsələsi məhz belə addımlardandır. Trampın bu qərarı, bildiyimiz kimi Amerikanın Yaxın Şərqdəki imicinə ölümcül zərbə vurdu. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi Amerikanın region üzrə ənənəvi müttəfiqləri belə bu zərbənin təsirindən nokauta düşdülər. Onlar hələ də Amerika ilə münasibətdə özlərini müdafiə etmək üçün bəhanələr axtarışındadırlar.

Qüdsdə etirazlar - Sputnik Azərbaycan
Ekspert: “Hər yerdə xaos, qarışıqlıq olacaq, radikal qruplar hərəkətə keçəcək”

Bütün bu ciddi-cəhdə baxmayaraq bu gün İsrail özünü təhlükəsiz hiss edirmi? Təbii ki, yox. Amerika 1979-cu ildən – İranda baş verən İslam İnqilabından başlayaraq bu günə qədər İsraili təqib edən İran təhlükəsi haqqında həyəcan təbili çalır. Amma İranın regiondakı nüfuzu hər keçən gün artmaqda davam edir. İran bu regionda iri addımlarla və ildırım sürəti ilə irəliləyir. Amerikanın regionda İranın zəiflədilməsinə yönələn addımlarının hamısı əksinə onun güclənməsinə səbəb olur. İraq, Suriya, Livan, Qətər və Yəməndə baş verən proseslər dediyimizin əyani sübutudur. Təbii ki, bu proseslərin İsrail üçün gələcəkdə qarşısıalınmaz nəticələr verəcəyini həm Amerika, həm də İsraildə yaxşı başa düşürlər.

Çin və Rusiyanın dünyada, o cümlədən Yaxın Şərqdə artan nüfuzunun qarşısının alınmasında Vaşinqtonun gördüyü tədbirlərin nəticə verməsi haqqında isə ümumiyyətlə söhbət açmağın yeri yoxdur. Amerikada prezidentlər bir-birini əvəz etdikcə Çinə olan hiddət və nifrət artır. Çini qlobal konfliktlərin həll olunmasına cəlb etmək, bu və ya digər dövlətlərin üzərinə salmaq cəhdi isə hələ də nəticə vermir. Yaxın Şərqdə ABŞ öz mövqelərini Rusiyanın ixtiyarına buraxmaqda davam edir. Trampın az qala bütün çıxışlarında, "biz Yaxın Şərqdə 6-7 trilyon dollar itirmişik” – deyə fəryad etməsi Rusiya və Çin tərəfindən qulaqardına vurulur. ABŞ-ın xərclədiyi trilyonlar Çinin iqtisadi ekspansiyasını daha da gücləndirir.

Девушка во время протестов в Тегеране, Иран - Sputnik Azərbaycan
Amerika İrandakı aksiyalara nə üçün dəstək verdi?

Deməli, ABŞ dünyanın ən zəngin regionunda qarşıya qoyduğu vəzifələri yerinə yetirə bilmir. Daha doğrusu, Amerika Yaxın Şərq arzuları ilə yavaş-yavaş vidalaşır. Amma onun əlində olan vasitələr və təsir imkanları hələ də yetərincədir. ABŞ bu regionu heç də asanlıqla əldən verməyəcək və ya ümumiyyətlə əldən verməməkdə israrlıdır. Ona görə bu gün onların Türkiyə və İrana qarşı kürdləri silahlandırması, İraqda kürdlərin referendumunu dəstəkləməsi, Qüdsü İsrailin paytaxtı elan etməsi, Əfqanıstanı od-alovun içində buraxıb oranı tərk etməsi, İŞİD qüvvələrinin tam darmadağın olunmasına mane olması təbii görünməlidir. Bütün bunlar deməyə əsas verir ki, Amerika bu regionda xaos strategiyasını işə salıb. Onlar gözəl başa düşür ki, kürdlər müstəqil dövlət yaratmaq arzularını həyata keçirə bilməyəcəklər, İranın gündən-günə artan yumşaq ekspansiyasının qarşısı belə asanlıqla alınmayaçaq, Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək vəzifəsini heç kimə güzəşt etməyəcək, İsrail ərəblərlə razılığa gəlməyincə 100 il bundan sonra da azad nəfəs ala bilməyəcək. Deməli, yeganə vasitə bu ölkələri xaosa sürüməkdir. Amerika üçün bu gün xaos yaratmaq ən gözəl strategiyadır. Qoy regiondakı millətlər bir-birini məhv etsinlər. Nə qədər silah lazımsa götürsünlər. Onsuz bu silahlar regiondan kənar çıxmayacaq və nə Amerikaya, nə də Avropaya qarşı istifadə olunacaq. Bu silahlardan yerli əhali — ərəblər, kürdlər, farslar, türklər bir-birinə qarşı istifadə edəcək.

Xəbər lenti
0