Türkiyə tankları

Ankaradan Vaşinqtona ilginc təklif

676
(Yenilənib 13:21 16.02.2018)
Türkiyədən Amerikaya diqqətçəkən "Menbiç" təklifi

BAKI, 16 fevral — Sputnik. ABŞ-ın dövlət katibi Reks Tillersonun (Rex Tillerson) dünən axşam Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada görüşdüyü barədə xəbər vermişdik. Bağlı qapılar arxasında 3 saatdan artıq davam edən görüşün bəzi detalları mətbuata açıqlanmışdı.

Ankara Vaşinqtondan Suriyanın şimalındakı PYD terrorçularına verdiyi dəstəyi dərhal kəsməyi tələb edib. Öz növbəsində Amerika Birləşmiş Ştatları Türkiyədən Afrində keçirdiyi hərbi əməliyyatı dayandırmağı, PYD-nin nəzarətindəki digər bir bölgə olan Menbiçə isə ümumiyyətlə girməməsini istəyib. Lakin Türkiyə terrorçular bölgədən tam təmizlənmədikcə əməliyyatın davam edəcəyini bildirib.

Sputnik Türkiyə xəbər verir ki, rəsmi Ankara Vaşinqtona Menbiç bölgəsi ilə bağlı yeni təklif verib. Təklifə əsasən, Türkiyə PYD-nin o bölgədən çıxarılması şərti ilə Amerika ilə birlikdə fəaliyyət planı təqdim edib. ABŞ-ın bu təklifə nə cür reaksiya verəcəyi maraqla gözlənilir.

676
Teqlər:
Rex Tillerson, Membiç, Afrin, dövlət katibi Reks Tillerson, USA, PYD, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, ABŞ, prezident
Əlaqədar
Türkiyə ilə Hollandiya arasında qiyamət qopdu: Ankara yaralı yerindən vurulur
Amerikadan Türkiyəyə ağlasığmaz təklif
Türk ordusu terrorçuların axırına çıxır
ABŞ-Türkiyə qapalı danışıqlarının detalları açıqlandı
Türkiyə Silahlı Qüvvələri önəmli məlumat açıqladı