BAKI, 16 fevral — Sputnik. Türkiyənin tanınmış aktyoru Kadir İnanırın xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilməsi ilə bağlı xəbər vermişdik. İnanır beynində yaranan problem səbəbilə xəstəxanaya aparılmış və reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Sputnik Azərbaycan "Posta"ya istinadən xəbər verir ki, aktyor reanimasiyadan çıxarılıb. Həkimlər onun həyati təhlükəsi olmadığını, səhhətinin yaxşı olduğunu bildiriblər.
Rol aldığı filmlərlə 1970-80-ci illərə damğasını vuran Kadir İnanır 1949-cu ildə Türkiyənin Ordu vilayətində dünyaya göz açıb. Onun ən məşhur filmləri arasında "Səlvi Boylum Al Yazmalım", "Tatar Ramazan", "Sən Türkülərini Söylə", "Savaşımız", "Əlvida Katya" və s. adını çəkmək olar.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.