Sosislər

SOS! Bu qidalar sağlamlığınız üçün ziyanlıdır

123
(Yenilənib 11:05 16.02.2018)
Sosiska, kərə yağı, mayonezdən çox yemək zərərlidir

BAKI, 16 fevral — Sputnik. Sinir sistemi üçün qaraciyərin əhəmiyyəti çox böyükdür. Ona görə də bu orqanımızı qorumalıyıq.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, məhz qaraciyəri qorumaq üçün bu qidalardan yeməmək lazımdır. Duzdan çox istifadə etmək qara ciyərin piylənməsinə səbəb olur. Ədviyyatdan çox istifadə etmək zərərlidir. Sosiska, kərə yağı, mayonezdən çox yemək zərərlidir. Bu qidalardan az istifadə etməyi həkimlər məsləhət görür. Qızardılmış yeməklər və yağlı məhsullardan uzaq gəzmək məsləhət görülür. Şirin məhsullar, şəkərli içkilər insan orqanizmi üçün çox ziyandır.

Bir sözlə, orqanizminizin və qaraciyərinizin qayğısına qalın.

123
Teqlər:
qaraciyər, qida, zərər
Əlaqədar
Körpənin həyatı üçün möcüzəvi qida
Qida yağlarının ən faydalısı müəyyənləşdirilib
Yeməyi sürətlə yemək qida borusu xərçənginə səbəb olur
Hansı qidalar xərçəngi də sağalda bilər?
Millət vəkili Fəzail İbrahimli

"Hansısa kağız parçası ilə Azərbaycana təsir göstərmək olmaz"

3
(Yenilənib 12:34 26.11.2020)
"Onların qəbul etdiyi qətnamə qərəzlidir. Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır. Ticari və iqtisadi əlaqələrə yenidən baxılmalıdır. Biz qalib ölkəyik" - Fəzail Ağamalı

BAKI, 26 noyabr — Sputnik. "Həmkarlarım burada beynəlxalq hüquqdan danışırlar. Beynəlxalq hüquq haradadır? Fransa Senatının qəbul etdiyi bu qərar hər hansı zaman kəsiyində baş verən qərar deyil. Bu, türkə qarşı davam edən siyasətin bir zaman daxilində reallaşmasıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli parlamentin bu gün keçirilən iclasında deyib.

F.İbrahimli qeyd edib ki, Fransa Senatının üzvləri Əlcəzairdə soyqırımı törədən qatillərin nəvələridirlər:

"Burada insanlıqdan nəsə gözləmək sadəlövhlük olar. Fransanın içi yanır, sürünür. Çünki Türkiyə ilə Rusiya onu Dağlıq Qarabağdan kənarlaşdırdı, münaqişəni özləri həll etdilər. Axı Fransa ermənilərə söz vermişdi, indi də öz sözünü tuta bilmir. Ancaq hansısa kağızla Azərbaycana təsir göstərmək olmaz. Azərbaycan həmişə haqqı-ədaləti tutub. Azərbaycanla danışığın bir forması var və bu, haqq-ədalət, beynəlxalq hüquq müstəvisində olmalıdır".

İclasda deputat Fəzail Ağamalı da çıxış edərək bildirib ki, Fransa Senatının üzvləri beynəlxalq hüquqdan kifayət qədər xəbərdardırlar: "Ona görə də onların qəbul etdiyi qətnamə qərəzlidir. Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır. Ticari və iqtisadi əlaqələrə yenidən baxılmalıdır. Biz qalib ölkəyik".

Qeyd edək ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

3
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası

Bakıdakı Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilib - FOTO

22
(Yenilənib 12:27 26.11.2020)
Paytaxt sakinləri səfirlik qarşısına toplaşaraq Fransa senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna etiraz ediblər.

BAKI, 26 noyabr — Sputnik. Bakı sakinləri Fransanın Azərbaycandakı Səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, paytaxt sakinləri və 40-a yaxın QHT səfirlik qarşısına toplaşaraq Fransa senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna etiraz ediblər.

APA-nın məlumatına görə, iştirakçılar ingilis və fransız dillərində hazırlanmış plakatlar qaldırıb, "Qarabağ Azərbaycandır", "Fransa ədalətli ol", "Beynəlxalq hüquqa hörmət elə", "Fransa ATƏT-dən rədd ol!" kimi şüarlar səsələndiriliblər.

Aksiyaçılar hazırlanmış bəyanatı oxuyublar. 

  • Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası
    © Photo : TREND
  • Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası
    © Photo : TREND
  • Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası
    © Photo : TREND
  • Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası
    © Photo : TREND
  • Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası
    © Photo : TREND
1 / 5
© Photo : TREND
Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası

 

Bəyanatda bildirilib ki, Fransa Senatının qəbul etdiyi qətnamədə əks olunmuş müddəalar noyabrın 9-da Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaya kölgə salır: "Fransa Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş çoxsaylı beynəlxalq cinayətlərə göz yuman, dinc azərbaycanlılara qarşı dəfələrlə həyata keçirilmiş terror və vandalizm riyakarlığını və ikiüzlülüyünü bütün dünyada nümayiş etdirdi. 

Bu qətnamə əldə edilmiş sülhü təhlükə altına atır. Biz bu qətnaməni pisləyir və ləğv edilməsini tələb edirik. Senatın bədnam qətnaməsi ləğv olunana qədər isə Fransa ilə bütün əlaqələrin dayandırılmasını tələb edirik". 

Etirazçılar Senatın qəbul etdiyi qətnaməni BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa adına böyük rüsvayçılıq və qara ləkə adlandırıblar: "Fransa ATƏT-in Minsk qrupunun həmsədrlik mandatından və vasitəçilik missiyasından imtina etsin, Parisdəki səfirimiz geri çağırılsın". 

Bəyanatı "Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı", Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti", "Gənc Vətənpərvərlər" və digər qeyri-hökumət təşkilatları imzalayıb. 

Xatırladaq ki, ötən gün Fransa Senatı səs çoxluğu ilə hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran qərar qəbul edib. Qərar tövsiyə xarakteri daşıyır.

22
Teqlər:
etiraz, səfirlik, Fransa, Bakı, Azərbaycan
Azərbaycan Milli Məclisinin binası

Milli Məclis Fransa Senatına etiraz bəyanatı qəbul etdi: MÜDDƏALAR

15
Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Milli Məclis noyabrın 25-də Fransa Senatının Fransa hökumətini qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanat yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bəyanatı deputat Cavanşir Feyziyev təqdim edib.

Milli Məclisin bu gün keçirilən iclasında Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatı qəbul edilib.

Azərbaycan parlamentinin bəyanatında qətnamə pislənilir və qeyd edilir ki, bu sənəd beynəlxalq hüququn əsas norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Azərbaycan Milli Məclisi Azərbaycan Hökumətinə aşağıdakılar ilə bağlı çağırış edir.

- Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilsin.

- Azərbaycan ilə Fransa arasında mövcud siyasi münasibətlərə yenidən baxılsın.

- Azərbaycan ilə Fransa arasında mövcud iqtisadi əlaqələr dərindən təhlil edilərək müvafiq tədbirlər görülsün. 

Xatırladaq ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

15
Teqlər:
bəyanat, etiraz, qətnamə, Senat, Fransa, Milli Məclis
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə