Vaşinqtondan Ankaraya qarşı növbəti təxribat

© REUTERS / Rodi SaidABŞ hərbçiləri Türkiyə-Suriya sərhəddində
ABŞ hərbçiləri Türkiyə-Suriya sərhəddində - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ terrorçulara müasir silahlar və tank daşıya bilən zirehli avtomobillər göndərib

BAKI, 14 fevral — Sputnik. Amerika Birləşmiş Ştatları Türkiyəyə qarşı növbəti təxribata əl atıb. Sputnik Azərbaycan bu barədə "Timeturk"-ə istinadən xəbər verir.

Məlumata görə, ABŞ Suriyada Fərat çayının şərqindəki özünə aid bazadan çayın qərbindəki Menbiç (Münbiç) vilayətinə 50 TIR dolusu silah-sursat göndərib. Sözügedən silahlar türk ordusuna qarşı vuruşan PYD/YPG terrorçularına təhvil verilib.

Dəyəri milyon dollarlarla ölçülən ən müasir silahlarla yanaşı, PYD-yə tank daşıya bilən zirehli avtomobillər də göndərilib.

Qeyd edək ki, ABŞ son bir il ərzində terrorçuları 5 min TIR və 2 min təyyarə dolusu ağır silahlarla təchiz edib. Üstəlik Amerika Birləşmiş Ştatları Türkiyə dövlətinə qarşı açıq savaş aparan PYD/YPG terrorçularına 550 milyon dollar maliyyə yardımı ayırıb.

Xəbər lenti
0