Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğandan Amerikaya "Osmanlı şilləsi"

114
(Yenilənib 10:04 14.02.2018)
YPG/PYD terrorçularına təlim keçən bir nəfər amerikalı general, əgər Türkiyə bizi də hədəf alsa, sərt cavab alacaqlar demişdi

BAKI, 13 fevral — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında ABŞ əleyhinə sərt ifadələr işlədib. Amerikanı terrorçulara dəstəkdə ittiham edən Ərdoğan heç kəsin Türkiyəyə hədə-qorxu gələ bilməyəcəyini söyləyib.

"Amerikalı generallar PYD-li terrorçularla şəkil çəkdirərək bizə təhdid dolusu mesajlar göndərirlər. Görünür, onlar Osmanlı şilləsi yeməyiblər. Bizi başqaları ilə səhv salmasınlar. Onlara yenidən səslənirəm. Suriyada terrorçulara yaxın durmasınlar. Çünki bütün terrorçular hədəfimizdədir, hamısı öldürüləcək", – Ərdoğan bildirib.

Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, YPG/PYD terrorçularına təlim keçən amerikalı general, “əgər Türkiyə bizi də hədəfə götürsə, sərt cavab alacaq” demişdi.

Türkiyə prezidenti, ABŞ-ın Suriyadakı varlığının İŞİD-lə əlaqəsi olmadığını da deyib.

"Amerika guya İŞİD-lə mübarizə aparır. Hardadı İŞİD? O teatr bitdi artıq. Biz regionda kimin kim olduğunu açıq-aşkar bilirik. Bu gün heç kim İŞİD adından istifadə edə bilməz", – Ərdoğan vurğulayıb.

114
Teqlər:
terror, PYD, İŞİD, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, ABŞ
Əlaqədar
"Ərdoğanın Amerika siyasəti "çox qışqırıb, az iş görməkdir"
Ərdoğanın kürəkəni də dilləndi: “Ey Amerika...”
Ərdoğan Amerikaya meydan oxudu