Kremldən Putinin səhhəti barədə açıqlama

© REUTERS / Grigory DukorВладимир Путин, президент России
Владимир Путин, президент России - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Putinin mətbuat katibi Dmitri Peskov prezidentin səhhətində yaranmış problemlər barədə yayılmış söhbətlərə aydınlıq gətirib

BAKI, 13 fevral — Sputnik. Prezident Vladimir Putin soyuqlayıb, amma işləməkdə davam edir.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Vladimir Putinin mətbuat katibi Dmitri Peskov prezidentin səhhətində yaranmış problemlər barədə yayılmış söhbətlərə aydınlıq gətirərkən deyib.

Kremlin nümayəndəsi qeyd edib ki, Putin bundan əvvəl bir neçə tədbirdə iştirak edib.

"Biz dünən də demişdik ki, prezident soyuqlayıb, qripə yoluxub. Onun heç bir ciddi xəstəliyi yoxdur. Hər şey normaldır, o işə çıxır", — deyə Peskov bildirib.

O əlavə edib ki, qış fəslində qripə yoluxmaq normal haldır. "İndi qışdır, özünüz başa düşürsüz də", – deyə Peskov əlavə edib.

Xəbər lenti
0