Задержание бывшего президента Грузии Михаила Саакашвили в Киеве

Saakaşvilini saxlayaraq naməlum istiqamətə aparıblar

83
(Yenilənib 10:11 13.02.2018)
Ali Radanın deputatı: Naməlum şəxslər onu Kiyevdəki "Suluquni" restoranının yaxınlığında saxlayıblar

BAKI, 12 fevral — Sputnik. Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Kiyev şəhərində saxlanılıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Saakaşvilinin tərəfdarı, Ukrayna Ali Radasının deputatı Yuri Derevyanko bildirib.

"Naməlum şəxslər onu Kiyevdəki "Suluquni" restoranının yaxınlığında saxlayıblar", — deyə Derevyanko bildirib.

Onun sözlərinə görə, Saakaşvilini saxlayanlar xüsusi təyinatlılar olub. Amma Radanın deputatı Saakaşvilinin hara aparıldığını bilmir.

Bu məlumatı Ukrayna Daxili İşlər Nazirliyinin kolleqa üzvü Anton Geraşenko da təsdiqləyib. 

Vəkil Pavel Boqomazov Saakaşvilinin sərhəd xidməti tərəfindən saxlanıldığını bildirib. Amma o da siyasətçinin hara aparıldığından xəbərsizdir.

"Saakaşvilinin saxlanılmasında qanunsuzluq izləri var, bütün bunlar qanunsuz baş verib, çünki onun saxlanılması üçün heç bir əsas yox idi", — deyə siyasətçinin digər vəkili Ruslan Çernolutski bildirib.

Ukraynada ötən ilin sentyabrında Saakaşviliyə qarşı Polşa-Ukrayna sərhəddini qanunsuz keçmə ittihamı ilə cinayət işi açılmışdı.

Oktyabrın sonlarında isə Miqrasiya Xidməti Saakaşviliyə əlavə qorumaya ehtiyacı olan şəxs statusu verməkdən imtina etmişdi. Məhkəmə bu qərarı qanuni saymışdı. Saakaşvili qərardan şikayət etsə də, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdı. Siyasətçinin müdafiə tərəfi Ukrayna Ali Məhkəməsinə kassasiya şikayəti vermişdi.

Bu il fevralın əvvəllərində isə ədliyyə naziri Pavel Petrenko bəyan edib ki, baş prokurorluq Saakaşvilinin ekstradisiyası ilə bağlı müvafiq işləri davam etdirir.

Bu günlərdə Kiyev məhkəməsi M.Saakaşvilinin qaçqın statusu almaqla bağlı apellyasiya şikayətini də rədd edib.

83
Əlaqədar
Saakaşvili nənəsi və Stalinin münasibətlərindən danışıb
Saakaşvili yenə uduzdu, sığınacaq ala bilmədi
Saakaşvili məqsədindən dönmək fikrində deyil
Ukrayna ikihakimiyyətliliyin astanasında: Saakaşvili bəyanat verib
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

15
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

15
Sputnik V vaksininin istehsalı, arxiv şəkli

Rusiya peyvəndi Türkiyədə istehsal olunacaq

15
(Yenilənib 22:59 23.01.2021)
Rusiyanın "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalanıb.

BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.

15