İnsanları "meymun" seçimi qarşısında qoyan dahi alim

© AP PhotoÇarlz Darvin
Çarlz Darvin - Sputnik Azərbaycan
Abunə olmaq
Müasir təkamül təliminin təməlini qoymuş ingilis təbiətşünası Çarlz Darvinin anadan olmasından 209 il keçir

BAKI, 12 fevral — Sputnik. Çağdaş təkamül təliminin təməlini qoymuş ingilis təbiətşünası Çarlz Robert Darvin 1809-cu il fevralın 12-də Şrusberi şəhərində həkim ailəsində anadan olub.

Planetlər, arxiv şəkli - Sputnik Azərbaycan
Dünya şöhrətli alimdən qorxunc xəbərdarlıq gəldi

Darvin anasını erkən yaşında itirib. Edinburq Universitetində Tibb üzrə təhsil almışdır, lakin öz istəyi olmadığı üçün yarımçıq qoyub. Daha sonra 1827-ci ildə Kembric Universitetinin İlahiyyat fakültəsinə daxil olub. Universiteti qurtaran kimi 1831-ci il dekabrın 27-də "Biql" gəmisində təbiətşünas kimi səyahətə çıxıb. Səyahət zamanı Qalapaqos adalarında, Tenerife adasında, Kokos adalarında, Braziliya sahillərində, Argentinada, Uruqvayda, Odlu torpaqda, Tasmaniyada olub. Darvinin son xarici səyahəti (ondan sonra Darvin heç zaman İngiltərəni tərk etməyib) 1836-cı ilin oktyabrında sona yetib.

O, səyahətinin nəticələrini 1839-ci ildə "The Journal of a Naturalist", 1840-ci ildə "Zoology of the Voyage on the Beagle", 1842-ci ildə "The Structure and Distribution of Coral Reefs" və s. əsərlərində nəşr etdirib.

1838-1841-ci illərdə London Geologiya Cəmiyyətinin katibi olub. 1839-cu ilin yanvarında Kral Cəmiyyətinin üzvü seçilib. 1842-ci ildə növlərin mənşəyi haqqında ilk oçerkini yazıb. Darvin öz əsərlərini yazarkən ingilis təbiətşünası və geoloqu A. Layleylə, amerikan botaniki A. Qrehemlə yazışıb, müzakirə aparıb. "Növlərin mənşəyi" əsərini yazarkən fikirləri ingilis təbiətşünası A. Uollesin fikirləri ilə çox yaxın olduğundan onların bəzilərindən istifadə edib. A. Uolles və Darvin bir-birindən asılı olmadan növlərin müxtəlifliyi haqqında eyni cür fikirləşiblər.

Nikolay Kopernik - Sputnik Azərbaycan
Yerin Günəş ətrafında fırlandığını ilk dəfə iddia etmiş alim

1858-ci il iyulun 1-də Qrey, Layley və Hukerin dəstəyi ilə Darvin öz "Təbii seçmə yolu ilə növlərin əmələ gəlməsi və ya Yaşama uğrunda mübarizədə əlverişli fərdlərin saxlanması" (On the Origin of Species by Means of Natural Selection, or the Preservation of Favoured Races in the Struggle for Life) əsərini Londonda Linyen cəmiyyətinə təqdim edib. 1859-cu ilin noyabrında həmin əsəri nəşr etdirib.

1868-ci ildə ikinci kitab "Mədəni bitkilərin və ev heyvanlarının mənşəyi" (The Variation of Animals and Plant under Domestification) nəşr olunub.

1871-ci ildə Darvinin daha bir kitabı "İnsanın mənşəyi və cinsi seçmə" (The Descent of Man, and Selection in Relation to Sex) nəşr olunub.

Darvin dəfələrlə Böyük Britaniyanın və digər Avropa ölkələrinin elmi cəmiyyətlərinin mükafatlarına layiq görülüb.

Çarlz Robert Darvin 1882-ci il aprel ayının 19-da uzun sürən xəstəlikdən sonra Daunda vəfat edib. Vestminster abbatlığında (Westminster Abbey) dəfn olunub.

Xəbər lenti
0