Paytaxtın mərkəzində göydən buz parçası düşdü — VİDEO

CC0 / leozc / IceBuz parçası
Buz parçası - Sputnik Azərbaycan
Abunə olmaq
Yerli mətbuat yazır ki, hadisə baş verən küçənin üzərindən tez-tez təyyarələr keçir

BAKI, 12 fevral — Sputnik. Londonda göydən yerə düşən buz parçası ətrafdakı insanların qorxusuna səbəb olub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, baş verən hadisə yaxınlıqda olan kameralar tərəfində qeydə alınıb.

Videodan görünür ki, yolda təmizlik işi aparan şəxs və daha bir neçə nəfər var. Buz parçası yerə düşəndə təmizlik işçisi geri çəkilir.

Yerli mətbuata açıqlama verən Sergey Meşkov bildirib ki, hadisə anidən baş verib.

"10 kiloqramlıq buz parçası ya göydən düşdü, ya da təyyarədən. Bu, çox ani baş verdi. Mən qorxmadım, amma buz məni öldürə bilərdi. Düşünürəm ki, bəxtim gətirdi", – deyə o bildirib.

Hadisənin digər şahidi Əmir Xan isə mətbuata açıqlamasında bildirib ki, hadisə qəza filmlərinin başlanğıcına bənzəyirmiş: "Buz yerə düşəndə elə səs çıxdı ki, sanki meteorit düşdü. Küçəni təmizləyən şəxs çox qorxmuşdu və çaşıb qalmışdı…"

Yerli mətbuat yazır ki, hadisə baş verən küçənin üzərindən tez-tez təyyarələr keçir.

Mülki Aviasiya Administrasiyasının nümayəndəsi qeyd edib ki, bəzən təyyarələrdən buz düşə bilir, amma bu hadisə hansısa meteoroloji hadisə ilə də əlaqəli ola bilər.

Xəbər lenti
0