Saakaşvili nənəsi və Stalinin münasibətlərindən danışıb

© Sputnik / Aleksey VovStringerSaakaşvili
Saakaşvili - Sputnik Azərbaycan
Abunə olmaq
"Mənim ulu nənəm Tamara danışırdı ki, Stalini çar jandarmlarının caynağından qurtarıb"

BAKI, 11 fevral — Sputnik. Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili nənəsinin İosif Stalini xilas etməsindən danışıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində yazıb.

"Mənim ulu nənəm Tamara danışırdı ki, Stalini çar jandarmlarının caynağından qurtarıb. Onun əlindən tutaraq varlı atasının evindən çıxarıb. Stalinin bu xeyirxahlığa cavabı isə onların əmlaklarının müsadirə olunması, atası və qardaşının məhv edilməsi olub", — deyə Saakaşvili yazıb.

Siyasətçi bu hadisəni "Stalinin ölümü" filminə baxandan sonra xatırlayıb. O, filmə müsbət rəy verib.

Rusiyada isə bu film qəzəb doğurub. Bir çox tanınmış şəxslər onun qadağan edilməsini təklif ediblər.

Xəbər lenti
0