Qırmızı fənərlər kvartalı

“Qırmızı fənərlər kvartalı”nda yeni qayda: Fahişələrə baxmaq qadağan edildi

869
(Yenilənib 19:04 11.02.2018)
Eyni zamanda, kvartalda turistlərə spirtli içki və narkotik qəbulu qadağan edilib

BAKI, 11 fevral — Sputnik. Amsterdamda turistlərə fahişələrə baxmaq qadağan edilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Amsterdam bələdiyyəsi "Qırmızı fənərlər kvartalını" ekskursiya qruplarına ziyarət etmək şərtlərini sərtləşdirən fərman buraxıb. Bu barədə şəhər hakimiyyətinin rəsmi saytında məlumat verilir.

Fərmana əsasən, 2018-cı ilin aprelin ayından etibarən beş nəfərdən çox olan qruplar “seks sənayesi” işçilərini ziyarət etmək üçün şəhər meriyasından xüsusi icazə almalıdır.

Eyni zamanda, kvartalda turistlərə spirtli içki və narkotik qəbulu qadağan edilib.

Amma dəyişikliyin əsas hissəsi ondan ibarətdir ki, vitrində olan fahişələrə baxmaq qadağan edilib. Bələdçi çalışmalıdır ki, onun qrupundakı insanlar qızlara arxalarını çevirsinlər.

Kvartalda fotoçəkilişlərə də qadağa qoyulub. Ekskursiya sakit olmalı və 23 saata başa çatmalıdır. Ekskursiya başlamamışdan əvvəl bələdçi turistlərdən xahiş etməlidir ki, yerli əhaliyə, sahibkarlara və fahişələrə hörmət göstərsinlər.

Qaydalara riayət edilməsi məsuliyyəti təlimatçının üzərinə düşür. Qayda pozuntusu zamanı müstəqil bələdçi 190 avro (396 manat), turizm şirkəti tərəfində akreditə olunmuş bələdçi isə 950 avro (1981 manat) cərimə edilə bilər. Üç qayda pozuntusundan sonra təlimatçı lisenziyadan məhrum edilir.

869
Teqlər:
"Qırmızı fənərlər kvartalı", fahişə, Amsterdam, qadağa
Əlaqədar
"Fahişə Mayya"nın ortaqları ələ keçdilər
Evlilik proqramına getdi, fahişəliyə məcbur etdilər
Azərbaycanlı iş adamı həbsxana gözətçisinə fahişə, narkotik və içki sifariş verib