Məscidə Ərdoğanın adı verilir?

© Photo : Yasin Bulbul/Presidential Palace / Handout via REUTERSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Üsküdarda kitab sərgisi açılışında çıxış edən İsmayıl Qəhrəman Ərdoğanın Üsküdara damğasını vurduğunu qeyd edib

BAKI, 10 fevral — Sputnik. Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman Camlıcada tikilən məscidin "Rəcəb Tayyib Ərdoğan Məscidi" adlandırılmasını təklif edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Üsküdarda kitab sərgisi açılışında çıxış edən İsmayıl Qəhrəman Ərdoğanın Üsküdara damğasını vurduğunu qeyd edərək, Camlıca məscidinə Ərdoğanın adının verilməsini təklif edib. Qəhrəman daha sonra təklifini salondakıların səsverməsinə buraxıb.

"Ərdoğanın özünün qəbul edəcəyini düşünmürəm. Amma onu məcbur edək. Bu ad uyğun deyil? Səsinizə sığınıram. Saf demokratiya budur, səsvermə belə aparılmalıdır", – deyə Qəhrəman əlavə edib.

Onun bu sözləri alqışlarla qarşılanıb.

Xəbər lenti
0