Lotereyada 2 milyon qazanan şəxs intihar edib

© AFP 2023 / MARK RALSTONLotereya, arxiv şəkli
Lotereya, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Polis biletin hansı şəraitdə itdiyini araşdırır

BAKI, 10 fevral — Sputnik. Tailand sakini Ciravut Ponqphan öz mənzilində ölü tapılıb. Sputnik Azərbaycan “The Mirror”a istinadla xəbər verir ki, intihar edən şəxs bir neçə gün öncə lotereyada 42 milyon bat (2 milyon 220 min manat) qazanıb.

İntihardan sonra taylının üzərində intihar məktubu tapılıb. Ciravut Ponqphan həmin məktubda özünü öldürdüyünə görə ailəsindən üzr istəyib.

O, intihar etməmişdən bir gün öncə qohumlarını və dostlarını öz evinə çağıraraq qalibiyyəti qeyd edib. Ertəsi gün isə lotereya biletini itirdiyini görüb. Biletsiz isə pulu almaq mümkün olmayıb. Kişi dərin depressiyaya düşüb və intihar edib. Polis biletin hansı şəraitdə itdiyini araşdırır.

Xəbər lenti
0