Reks Tillerson

ABŞ-dan regiona vacib səfər: Tillerson Trampın köməkçisi niyə gəlir

54
(Yenilənib 10:23 07.02.2018)
ABŞ-ın dövlət katibi Reks Tillerson və ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Herbert Makmaster yaxın günlərdə Türkiyəyə səfər edəcək

BAKI, 6 fevral — Sputnik. ABŞ-ın dövlət katibi Reks Tillerson (Rex Tillerson) və ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Herbert Makmaster (Herbert McMaster) yaxın günlərdə Türkiyəyə səfər edəcək.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, hazırda diplomatik mənbələr səfərə hazırlıqla bağlı danışıqlar aparırlar.

Tillerson gələn həftə, Makmaster isə bu həftənin sonu Ankaraya səfər edəcək.

Tillerson sonuncu dəfə Türkiyəni 2017-ci ildə ziyarət etmişdi. O, ötən il martın 30-da Ankarada, iyulun 10-da isə İstanbulda olub.

Diplomatik mənbələr ABŞ səlahiyyətlilərinin Türkiyə səfərində məqsədin Suriya və digər regional məsələlərə aydınlıq gətirmək olduğunu bildiriblər.

54
Teqlər:
Herbert Makmaster, dövlət katibi Reks Tillerson, İstanbul, Suriya, Ankara, Türkiyə, Herbert Raymond McMaster, Rex Tillerson, ABŞ
Əlaqədar
Tillerson barədə deyilənlər yalan çıxdı
Tillerson: "Əsəd rejiminin sonu çatıb"