İki dollara görə gənci öldürüb yedilər

© Photo : Mikhail KovalyovПятна крови на полу. Архивное фото
Пятна крови на полу. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Sonra ata-oğul həmin gənci yeyib və sümüklərini basdırıblar

BAKI, 6 fevral — Sputnik. Venesuelada bir gənci iki dollara görə öldürüb və ətini yeyiblər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Venesuelanın Karabobo ştatında qonşular arasında düşən davada ata və oğlu qonşuda yaşayan 17 yaşlı gənci öldürüb və bədənin bəzi hissələrini yeyiblər. Hadisə 500 min bolivar (2 dollar) üstündə baş verib.

Məlumata görə, hadisə Valensiya şəhərində yaşanıb. Dava zamanı kişi pula görə gənc qonşusunun başına dəmir dəyənəklə vuraraq onu öldürüb. Sonra ata-oğul həmin gənci yeyib və sümüklərini basdırıblar.

"Biz bilirik ki, onlar pula görə mübahisə ediblər. Amma bilmirik ki, kim kimə borclu olub", — deyə ölən gəncin valideynləri bildiriblər.

Hazırda hadisəni törədən şəxslər saxlanılıb. Onlar polisə qətlə yetirdikləri gəncin sümüklərini basdırdıqları yeri göstəriblər. Fakt üzrə cinayət işi açılıb.

Xəbər lenti
0