Qızıl tapançanın izi ilə: Dağıstan hökuməti istefaya göndərildi

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidVladimir Vasilyev
Vladimir Vasilyev - Sputnik Azərbaycan
Abunə olmaq
Hökumət başçısı səlahiyyətlərinin müvəqqəti icrası Anatoli Şamsutdinoviç Karibova həvalə edilib

BAKI, 6 fevral — Sputnik. Dağıstan Respublikasının başçısı vəzifəsini müvəqqəti olaraq icra edən Vladimir Vasilyev respublika hökumətini istefaya göndərib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, qərarın mətnində hökumət başçısı səlahiyyətlərinin müvəqqəti icrası Anatoli Şamsutdinoviç Karibova həvalə edildiyi bildirilir.

Fərman imzalandığı gündən qüvvəyə minib. Hökumətə yeni tərkib formalaşdırılanadək öz fəaliyyətini davam etdirmək göstərişi verilib.

Qeyd edək ki, bu gün Federal Təhlükəsizlik Xidməti Dağıstan baş naziri səlahiyyətlərini icra edən Abdusamad Həmidovu, müavinləri Şamil İsayev, Rayudin Yusufov və keçmiş təhsil naziri Şahbaz Şahovu həbs edib. Onlar sosial proqramlar üçün ayrılan büdcə pullarını oğurlamaqda şübhəli bilinirlər.

Abdusamad Həmidovun evində aparılan axtarış zamanı qızıl TT tapançası, "Beretta" tapançası və iki "Kalaşnikov" avtomatı aşkar edilərək götürülüb.

 

 

Xəbər lenti
0