Afrində məhv edilən terrorçuların sayı artır

© REUTERS / Khalil AshawiAfrin yaxınlığında türk tankları, 23 yanvar 2018-ci il
Afrin yaxınlığında türk tankları, 23 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin Afrində məhv etdiyi terrorçuların sayı 932 nəfərə çatıb

BAKI, 4 fevral — Sputnik. Türkiyə ordusu Suriyanın Afrin şəhərində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində daha 32 terrorçunu məhv edib və öldürülən yaraqlıların sayı 932 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə silahlı qüvvələri komandanlığının məlumatında bildirilir.

Aviasiyanın zərbələri nəticəsində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarına məxsus sığınacaq və silah-sursat anbarı kimi istifadə edilən 5 hədəfi məhv edilib.

Xəbər lenti
0