Türkiyədə təcili yardım

Döyüş bölgəsində jurnalist yaralandı

55
(Yenilənib 22:15 03.02.2018)
Baş nazirin müavini Bəkir Bozdağ da yaralı müxbirlə telefonla danışıb.

BAKI, 3 fevral — Sputnik. Suriyanın Afrin bölgəsində baş verənləri işıqlandırmaq üçün həmin əraziyə bir çox agentliklərin müxbirləri göndərilib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Anadolu Ajansının fotoreportyoru Sarp Özerin olduğu bölgə raketlə vurulub.

Partlayış zamanı fotomüxbir Özer də yaralanıb. Jurnalistə ilkin tibbi yardım göstərilib və o döyüş bölgəsindən çıxarılıb. Tibbi yardım göstərildikdən sonra həkimlər Özerin sağlamlığının normal olduğu deyib.

Baş nazirin müavini Bəkir Bozdağ yaralı müxbirlə telefonla danışıb. O müxbirə şəfa diləyib.

55
Əlaqədar
Afrin əməliyyatı Abdullah Öcalanın başında partladı - VİDEO
Putinlə Ərdoğan anlaşdı: Afrin və Soçi proseslərində ortaq məxrəc
Türk general Afrin əməliyyatının hədəfini və gizli planı açıqladı
Türk ordusunun Afrin əməliyyatından yeni videogörüntü
Afrin əməliyyatının əks-sədası: Hollandiyada Azərbaycan təşkilatına basqın edilib