Evsizlərin nəzərinə: 1 avroya ev satılır

© AFP 2023 / Daniel SLIMİtaliyanın Sardiniya adası
İtaliyanın Sardiniya adası - Sputnik Azərbaycan
Abunə olmaq
Bu da sıx şəhərdən bezənlər üçün əla fürsətdir.

BAKI, 3 fevral — Sputnik. Italiyaya bağlı olan Sardiniya adasındakı Ollolai kəndi son 30 ildir boşalır. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, bura ən çox orta yaşlı və uşaqsız cütlüklərin yaşadığı yer kimi tanınır. İl ərzində kənddə 3 və ya 4 uşaq dünyaya gəlir. Bu da kəndin get-gedə məhv olması deməkdir. Bu təhlükənin qarşısını almaq üçün Ollolai Bələdiyyə başçısı Edisio Arbau kənddəki istifadə edilməyən 200 daş evi simvolik olaraq 1 avrodan satışa çıxarıb.

Bələdiyyə başçısı 1 avrodan satışa çıxarılan evlərin sayəsində bəzi ailələrin bu kənddə məskunlaşacağına inanır.  Evi alanlar 3 il ərzində evi təmir etməlidirlər və ən azı 5 ildən sonra həmin evi başqasına sata bilərlər.

Bu da sıx şəhərdən bezənlər üçün əla fürsətdir.

Xəbər lenti
0