Ağ Ev

Evdən təhlükəli mesaj: O qorxunc hadisə təkrarlana bilər

298
(Yenilənib 16:26 02.02.2018)
Amerika mətbuatının "Biz niyə hələ də Suriyadayıq?" sualına cavab gəldi

BAKI, 2 fevral — Sputnik. Amerika mətbuatının hökumətə "Biz niyə hələ də Suriyadayıq?" sualına Ağ Evdən cavab verilib. Sputnik Azərbaycan "Washington Post"-a istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən yüksək vəzifəli rəsmilər mediaya "Suriyada Bəşər Əsədin yenidən kimyəvi silahdan istifadə etmə riski var" mesajını veriblər.

"Diktator Əsəd öz postunu qorumaq üçün bütün çirkin yollara əl atır. Onun kimyəvi silahdan yenidən istifadə etmə riski var. Məhz bu səbəbə görə, Amerika Birləşmiş Ştatlarının ordusu hələ də Suriyada qalmaqdadır. Məqsəd Bəşər Əsədi bu fikrindən daşındırmaq, əgər təkrarlanarsa, cəzalandırmaqdır", — səlahiyyətli şəxslər deyiblər.

Xatırladaq ki, Suriyada vətəndaş müharibəsinin ən qızğın vaxtlarında — 2012-2013-cü illərdə Suriya ordusu bir neçə dəfə müxaliflərə və mülki vətəndaşlara qarşı BMT tərəfindən qadağan olunmuş kimyəvi silahlardan istifadə edib. Bu səbəbdən beynəlxalq koalisiya Suriya hökumətinə qarşı açıq müharibəyə başlayıb.

Daha sonra Rusiya prezidenti Vladimir Putinin təkidi ilə Bəşər Əsəd Suriyadakı bütün kimyəvi silahları yox etməyə razılıq verdi. Nəticədə Qərb ölkələri ilə Suriya rejimi bu xüsusda öz aralarında saziş bağladı.

298
Teqlər:
kimyəvi silah, Bəşər Əsəd, Suriya, mətbuat, Amerika, Ağ ev, ordu
Əlaqədar
Türkiyə Suriyada ikinci şəhidini verdi
Suriyadan Türkiyəyə daha bir əks-zərbə: Ölənlər var
ABŞ Suriyadan çıxacağı tarixi açıqladı
Rusiyadan Suriyada ordu yaradan ABŞ-a reaksiya verilib