Mərhum prezidentin, böyük liderin oğlu intihar edib

Abunə olmaq
O, beynəlxalq elmi dairələrdə nüfuzlu alim kimi tanınırdı

BAKI, 2 fevral — Sputnik. Kubanın əfsanəvi lideri, mərhum prezident, "Komandante" ləqəbli Fidel Kastronun böyük oğlu Anhel Kastro Dias intihar edib. Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, hadisə dünən baş verib.

© AFP 2023 / Adalberto ROQUEFidel Kastronun böyük oğlu, Anhel Kastro Dias
Fidel Kastronun böyük oğlu, Anhel Kastro Dias - Sputnik Azərbaycan
Fidel Kastronun böyük oğlu, Anhel Kastro Dias

68 yaşlı elmlər doktoru 5 aydır ki, ağır depressiyadan əziyyət çəkirmiş. Oğul Kastro əvvəlcə hospitalda stasionar şəkildə müalicə alıb, sonra isə müalicə kursu ambulator şəraitdə davam edib.

Kuba Elmlər Akademiyasının vitse-prezidenti olan Kastro Dias innovasiyalarla məşğul olurdu. O, beynəlxalq elmi dairələrdə nüfuzlu alim kimi tanınırdı.

Atasına hədsiz bənzədiyi üçün "Fidelito" adlandırılan Anhel intihardan əvvəl masa üzərinə məktub qoyub. Məktubun məzmunu açıqlanmayıb.

Dəfn mərasimi ailənin qərarına uyğun keçiriləcək.

Xəbər lenti
0