SOS: Qara dənizdə içində azərbaycanlıların olduğu gəmi batır

CC0 / 12019 / корабльGəmi, arxiv şəkli
Gəmi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Gəmi Feodosi buxtasında yedəkdədir, heyət üzvləri təxliyyə edilib

BAKI, 2 fevral — Sputnik. Qara dənizin Krım sahillərində Moldova bayrağı altında üzən BERG adlı yük gəmisi batır.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, gəmidə Azərbaycan və Ukrayna vətəndaşları da daxil olmaqla 12 heyət üzvü var.

Yük gəmisinin gövdəsi zədələnib. Gəmi Feodosi buxtasında yedəkdədir, heyət üzvləri təxliyyə edilib.

Qəzanın səbəbləri məlum deyil.

Gəmi qapalı Kerç limanından Türkiyənin Bandırma limanına gedirmiş. Həmçinin o da məlumdur ki, gəmi yanvarın 28-də Azov limanında olub.

Xəbər lenti
0