Myanmarın Demokratlar Partiyasının lideri Aung San Suu Kyi, Myanmarın Yangon şəhərində

Müsəlmanlara qarşı soyqırım həyata keçirən dövlət başçısına hücum edildi

427
(Yenilənib 10:19 02.02.2018)
Birləşmiş Millətlər Təşkilatı ölkədə baş verənləri etnik təmizləmə adlandırmışdı

BAKI, 2 fevral — Sputnik. Myanmanın hökumət başçısı Anq San Sunun yaşadığı ev hücuma məruz qalıb. Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, naməlum şəxslər onun evinə “molotov kokteyli” atıblar. Hadisə zamanı hökumət başçısı evində olmayıb.

Hələlik hadisəni kimin və hansı səbəbdən törətdiyi bəlli deyil. Nobel Sülh Mükafatına layiq görülən xanım Su, 2017-ci ilin yayında ölkədə müsəlmanlara qarşı törədilən soyqırımda ittiham olunur. O, Arakan vilayətində yaşayan müsəlmanlara qarşı zorakılıq hadisələrinə göz yummaqda təqsirləndirilir. Müsəlmanlar isə hücumun birbaşa Anq San Sunun əmri ilə həyata keçirildiyini bildirirlər.

Xatırladaq ki, Myanmanın Arakan əyalətində yaşayan müsəlmanlara qarşı buddistlər tərəfindən törədilən soyqırım səbəbilə yüz minlərlə insan ölkəni tərk etmək məcburiyyətində qalmışdı.

Birləşmiş Millətlər Təşkilatı ölkədə baş verənləri etnik təmizləmə adlandırmışdı.

427
Teqlər:
molotov kokteyli, Myanma, müsəlman, hücum, düşmən
Əlaqədar
ABŞ Myanma qətliamına reaksiya verdi
Azərbaycan prezidentindən sərt Myanma bəyanatı
Myanma liderinin Nobel mükafatı geri alınmayacaq