İbrahim Tatlısəs

Tatlısəs Barış Mançodan danışdı: "Ustad, mən hələ böyümədim"

48
(Yenilənib 10:34 02.02.2018)
“Deməli, sən unudulmazlar arasındasan, Usta. Sənin üçün darıxırıq, Usta”

BAKI, 2 fevral — Sputnik. Türk musiqisinin əfsanəvi ifaçısı, bəstələdiyi, oxuduğu mahnılarla milyonların qəlbini fəth edən Barış Manço vəfatının 19-cu il dönümündə yad edilib. Sputnik Azərbaycan xəbər verir ki, sənət dostları, yaxın tanışları unudulmaz müğənni barəsində sosial şəbəkədə öz xatirələrini bölüşüblər.

Ən diqqət çəkən paylaşımı isə Türkiyədə “imperator” ləqəbi ilə tanınan, canlı əfsanə İbrahim Tatlısəs edib. O, şəxsi “Instagram” hesabında Barış Manço ilə aralarında olan iş danışığı barədə maraqlı etiraf paylaşıb. Tatlısəs illər öncə sahibi olduğu səs studiyasında Barış Mançonun kasetini çıxartmaq istədiyini, ancaq bunun baş tutmadığını söyləyib.

 

"Sən getdin, ancaq heç kəs səni unutmadı Usta. Deməli, sən unudulmazlar arasındasan Usta. Sənin üçün darıxırıq Usta. Allahın rəhməti, bərəkəti üzərinə olsun Usta. Vaxtilə kaset çıxartmaq üçün bizim şirkətlə danışıq aparmışdın. Bodrumda səninlə söhbətimiz olmuşdu, dostum. Amma olmadı, Usta. Qoy olsun. Başqa firmalarda çıxartdığın mahnılarla özümüzü təsəlli edirik. Adam olacaq uşaq hələ böyüyə bilmədi, Usta", – İbrahim Tatlıses yazıb.

48
Teqlər:
Barış Manço, İbrahim Tatlısəs, Instagram
Əlaqədar
Tatlısəs keçmiş arvadına evlənmə təklif etmişdi, cavab bu gün gəldi