Kanada bayrağı

Himnin cinsini dəyişdilər

80
(Yenilənib 13:03 01.02.2018)
Qanun layihəsi Kanada Senatının dünən keçirilən iclasında qəbul edilib

BAKI, 1 fevral — Sputnik. Kanadanın (Canada) dövlət himnində dəyişiklik edilib. Sputnik Azərbaycan CBC-yə istinadən xəbər verir ki, buna səbəb himnin ikinci bəndində keçən bir ifadənin cinsi ayrı-seçkilik kimi dəyərləndirilməsi olub.

Sözügedən bənddə yer alan "bütün oğulların əmrində" (in all THY sons command) ifadəsi "hamımız əmrində" olaraq dəyişdirilib.

Qanun layihəsi Kanada Senatının dünən keçirilən iclasında qəbul edilib. Qanunun qüvvəyə minməsi üçün Britaniya kraliçası 2-ci Yelizavetanın (Elizabeth) təsdiqi olmalıdır.

Qeyd edək ki, layihə, deputat seçildikdən bir neçə ay sonra həyatını itirən Liberal Partiya Ottavadan millət vəkili Maurik Belanqer (Mauric Belanger) tərəfindən tərtib edilmişdi.

80
Teqlər:
in all THY sons command, Canada, cins, himn, qanun layihəsi, Kanada
Əlaqədar
Azərbaycanda cinsini dəyişmək üçün müraciət edənlər var - PSM
Qan qrupları cinsi həyata necə təsir edir
Bu da oldu: Almaniya “üçüncü cins”i rəsmən tanıdı
Daxili işlər naziri cinsi azlıqları nədə ittiham etdi — Rəsmi
Cinsiyyətini dəyişdirənlər əsgərliyə aparılmayacaq