Tanınmış aktrisa 6 övladı ilə küçədə görüntülənib

© REUTERS / Mario AnzuoniAncelina Coli
Ancelina Coli - Sputnik Azərbaycan
Abunə olmaq
O, Parisdə vaxtilə reklamına çəkildiyi "Guerlain" butikinə baş çəkib, daha sonra pərəstişkarları ilə ayaqüstü söhbət edib

BAKI, 31 yanvar — Sputnik. Dünyaca məşhur amerikalı aktrisa, Hollivud ulduzu Ancelina Coli 6 övladı ilə birlikdə Fransanın paytaxtı Parisdə gəzintiyə çıxıb.

Sputnik Azərbaycan "Daily Mail"ə istinadən bildirir ki, 42 yaşlı aktrisa Parisdə vaxtilə reklamına çəkildiyi "Guerlain" butikinə baş çəkib, daha sonra pərəstişkarları ilə ayaqüstü söhbət edib.

Ancelina Coli mağazadan "Max Mara" paltosu, "Christian Louboutin" tuflisi və "Fendi" eynəyi seçib.

Parisin mərkəzi küçələrini gəzəndən sonra Coli və övladları Yelisey Sarayına gediblər. O, sarayda Fransanın birinci xanımı Bricit Makronla görüşüb.

Xəbər lenti
0