Üzük

Onlar boşanmadılar, əksinə...

124
(Yenilənib 14:56 30.01.2018)
"İki oğlumuz var, 3-cü övladımızın qız olmasını istəyirik" deyib

BAKI, 30 yanvar — Sputnik. Haqlarında boşanma xəbərləri gəzən türkiyəli müğənni Mustafa Sandal və özü kimi müğənni olan həyat yoldaşı serbiyalı Emina Sandal uşaqları ilə birgə Avstriyaya tətilə yollanıblar. Yerli media cütlüyün evliliklərinin 10-cu ildönümünü Londonda qeyd etdiklərini yazıb.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadən xəbər verir ki, Emina "2 oğlumuz var, 3-cü övladımızın qız olmasını istəyirik" deyib. Avstriyada çəkdirdikləri şəkilləri "Instagram" səhifəsində paylaşan Sandal ailəsi bəzi tənqidlərə də məruz qalıb.

İnsanların çoxu düşünür ki, boşanma xəbərləri Mustafa Sandalın yeni albomunun çıxması ərəfəsində reklam məqsədilə yayılıb.

124
Teqlər:
Mustafa Sandal, yeni, albom, cütlük, boşanma, evlilik, London, müğənni, media, reklam
Əlaqədar
Dünya şöhrətli müğənni vergidən yayınmaqda şübhəli bilinir
Müğənni Mina sirrini açdı: "Əsl adım..."
Müğənni Röyanın qayınatasının cinayət işi ilə bağlı yeni xəbər
Məşhur müğənni bütün sərvətini dövlətə bağışlayacaq
Məşhur müğənni özünü belə biabır etdi - FOTO
Mətbəxdə qadın. arxiv şəkli

Baş katib: "Pandemiya qadınlara qarşı şiddət epidemiyasının yayılmasına səbəb olub"

3
(Yenilənib 14:38 06.03.2021)
Qadınların iş yerini itirmək və gəlirlərinin sürətlə azalmasına məruz qalmaq ehtimalı 24% daha çoxdur.

BAKI, 6 mart — Sputnik. "Pandemiya qadın və qızların artıq üzləşdiyi dərin bərabərsizlikləri daha da gücləndirir və gender bərabərliyi naminə illər ərzində əldə olunan irəliləyişləri heçə endirir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunan məqaləsində deyib.

Onun sözlərinə görə, pandemiya əsasən qadınların işlədiyi sektorlara daha ciddi təsir edib: "Pandemiya ilə mübarizənin "ön cəbhəsində" olan qüvvənin əsasını qadınlar təşkil edir. Bunların da əksəriyyəti iqtisadi inkişafın aşağı pilləsində olan irqi və etnik baxımdan marqinal qrupları təmsil edirlər. Qadınların iş yerini itirmək və gəlirlərinin sürətlə azalmasına məruz qalmaq ehtimalı 24% daha çoxdur. Onsuz da geniş yayılan genderlər arası maaş fərqi daha da artıb. Bu, səhiyyə sektorunda da özünü büruzə verib".

BMT-nin baş katibi qeyd edib ki, evdən çıxmağa qadağanın qoyulması və məktəb və uşaq bağçalarının bağlanması səbəbindən ödənişsiz qayğı yükünün həcmi kəskin dərəcədə artıb: "Milyonlarla qız artıq məktəbə qayıtmaya bilər. Analar və xüsusilə tənha analar, ciddi çətinlik və narahatlıq doğuran hallarla qarşılaşır. Eyni zamanda, COVID-19 pandemiyası dünyada qadınlara qarşı şiddət epidemiyasının da yayılmasına səbəb olmuş, məişət zorakılığı, insan alveri, cinsi istismar və erkən evlilik hallarının sayında kəskin artıma təkan verib".

3
Fələstinli gənclər, arxiv şəkli

HƏMAS Fələstində seçki öncəsi vəziyyətdən narahatdır

4
(Yenilənib 13:46 06.03.2021)
Fələstin dövlət başçısı Mahmud Abbas yanvarın 15-də 15 il sonra İsrail işğalının davam etdiyi Fələstin ərazisində seçkilər keçirilməsi üçün qərarnamə imzalayıb.

BAKI, 6 mart — Sputnik. HƏMAS-ın Siyasi idarə heyətinin üzvü Hüsam Bədran Fələstin Diyaloq Qrupunun təşkil etdiyi iclasda bildirib ki, İsrail Fələstində seçki deyil, mövcud qruplar arasında parçalanmanın davam etməsini istəyir. Sputnik Azərbaycan xəbər verir ki, Bədran bu il keçirilməsi planlaşdırılan seçkilər haqqında önəmli açıqlamalar verib.

O bildirib ki, İsrail onun müstəqilliyini tanımadığımız və müzakirələrə istəkli olmadığımız üçün HƏMAS-ın və digər işğalla mübarizə aparan qrupların seçkilərdə məğlub olmasını istəyir: “2006-cı ildə keçirilən seçkilərdə 1500 HƏMAS üzvü həbs etmişdi. İndi də bu siyasətin davam edəcəyini bilirik”.

Qeyd edək ki, Fələstin dövlət başçısı Mahmud Abbas yanvarın 15-də 15 il sonra İsrail işğalının davam etdiyi Fələstin ərazisində seçkilər keçirilməsi üçün qərarnamə imzalayıb. Qərarnaməyə əsasən mayın 22-də parlament, 31 iyulda isə prezident seçkilərinin keçirilməsi planlaşdırılır.

4