Donald Trampın "tweet" xəstəliyi var

© REUTERS / Lucy NicholsonКандидат в президенты США от Республиканской партии Дональд Трамп, архивное фото
Кандидат в президенты США от Республиканской партии Дональд Трамп, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
"Mən "Twitter"i özümü müdafiə vasitəsi kimi görürəm"

BAKI, 29 yanvar — Sputnik. Səhər yuxudan qalxar-qalxmaz "tweet" atıram. Sputnik xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İngiltərənin İTV kanalından Pirs Morqan-a (Piers Morgan) özəl müsahibəsi zamanı deyib.

Bununla da Donald Tramp haqqında "səhər duran kimi tweet atır" iddialarını da təsdiq eləmiş olub.

Morqana müsahibə verən Tramp, "bəli, bəzən yataqda ikən, bəzən səhər yeməyi zamanı, bəzən də nahardaykən bir şeylər edirəm. Tweet-siz dura bilmirəm. Amma daha çox səhər yuxudan duranda atıram" deyib.

"Mən Twitter-i özümü müdafiə vasitəsi kimi görürəm. Haqqımda o qədər uydurma xəbərlər çıxır ki. Başqa cür cavablaya bilmirəm. Bir də mənim haqqımda yazırlar ki, günümü boş-boş işlərə sərf edirəm. Sizi əmin edirəm ki, günümün böyük hissəsini işimə ayırıram, çox məşğul oluram", — ABŞ rəhbəri bildirib.

Xəbər lenti
0