Türk əsgərləri Afrin bölgəsində

Türk ordusunun uğurları davam edir

135
(Yenilənib 14:31 30.01.2018)
Ümumilikdə 19 yaşayış məntəqəsi terrorçulardan azad edilib

BAKI, 29 yanvar — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargahı Suriyanın şimalındakı Afrin bölgəsində keçirilən hərbi əməliyyat zamanı indiyədək öldürülən terrorçuların sayını açıqlayıb. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, türk ordusunun "Zeytun budağı" adlı əməliyyatında 557 PYD terrorçusu məhv edilib.

Hərəkatın 9-cu günündə 20 hədəf yerlə yeksan edilib. Ümumilikdə 19 yaşayış məntəqəsi terrorçulardan azad edilib.

"Hazırda Halena istiqamətində terrorçuların təmizlənməsi üzrə işlər davam etdirilir", — TSQ Baş Qərargahından bildirilib.

Xatırladaq ki, dünən türk ordusu strateji cəhətdən əlverişli bölgədə yerləşən Burseya dağını PYD-dən azad etmişdi.

Türk ordusu
Karikatura
Türk ordusu

135
Teqlər:
"Zeytun budağı" əməliyyatı, Afrin, TSQ, Türkiyə Silahlı Qüvvələri, PYD, Baş Qərargah, Suriya, terrorçu
Əlaqədar
Türkiyəyə acı xəbər: 2 şəhid, 11 yaralı
Türk ordusunun zəfəri Ərdoğanla Əsədi barışdıracaq
Türk ordusunun məhv etdiyi terrorçuların sayı açıqlandı
Abbasov: “Türkiyənin məqsədi kürdləri tərk-silah etməkdir”