Tikanlı məftil

Məhbus yemək üçün həbsxanadan qaçdı, sonra qayıtdı

233
(Yenilənib 10:46 29.01.2018)
Məhbusun üzərində idman çantasında 3 şüşə brendi, 1 şüşə viski, bir neçə qutu siqaret, səliqə ilə yığılan buterbrod, eləcə də evdə bişirilən yemək olub

BAKI, 29 yanvar — Sputnik. ABŞ-ın Texas ştatının Cefferson dairəsinin Bomont federal həbsxanasında çox maraqlı olay yaşanıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, məhbus əlində ərzaq dolu paketlərlə həbsxanaya qayıdan zaman tutulub.

Polis əməkdaşları məlumat alıblar ki, bir neçə məhbus qonşu fermanın ərazisində dayanan yük maşınına baş çəkmək üçün həbsxanadan qaçıb. Onlar maşından yük götürərək, qaçaqmalla bir yerdə dəmir barmaqlıqlar arxasına qayıdırlarmış.

Bu məlumatdan sonra ərazidə kameralar quraşdırılıb. İnformasiya təsdiq olunandan sonra polis əməkdaşları Dallasdan olan 25 yaşlı məhbus Coşua Hanseni həbs ediblər. Hansen narkotik maddə ilə bağlı olan işə görə cəza çəkirmiş.

Məhbusun üzərində idman çantası olub. Onun içində 3 şüşə brendi, 1 şüşə viski, bir neçə qutu siqaret, səliqə ilə yığılan buterbrod, eləcə də evdə bişirilən yemək olub.

Polis insidenti araşdırır.

233
Teqlər:
qaçış, məhbus, qida, həbsxana, ABŞ
Əlaqədar
O uşaqlar həbsxana şorbasına oxşayan yeməyə baxmağa məhkumdurlar...
Həbsxanada ölüb morqda dirildi
Bakıda əməliyyat: axtarışda olan şəxs həbsxana qarşısında tutuldu
Azərbaycanlı iş adamı həbsxana gözətçisinə fahişə, narkotik və içki sifariş verib
Deputat: İraq həbsxanasında 200 azərbaycanlı qadın saxlanır

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

5
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

5
Teqlər:
mafiya, İtaliya
Erməni əsgərlərinin dəbilqələri, arxiv şəkli

Ermənistan müharibədə ölən hərbçilərinin siyahısını yeniləyib - sayları durmadan artır

35
Ermənistanın Səhiyyə naziri Anait Avanesyan bildirib ki, hər gün 30 meyitin ekspertizasını həyata keçirilər.

BAKI, 21 yanvar - Sputnik. Ermənistanın Səhiyyə Nazirliyi İkinci Qarabağ müharibəsində həlak olmuş 3450 əsgərinin meyitini ekspertizadan keçirib.

Sputnik Ermənistan-ın məlumatına görə, bu barədə səhiyyə naziri Anait Avanesyan bildirib.

Hökumətin iclasından sonra jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, hər gün 30 meyitin şəxsiyyəti müəyyənləşdirilir.

O, hələ də şəxsiyyətləri müəyyənləşdirilməyən meyitlərin olduğunu etiraf edib. Nazir jurnalistlərin nə qədər meyitin şəxsiyyətinin müəyyənləşdirilməməsi barədə sualına cavab verməyib. Lakin bildirib ki, meyitlərin tanınması prosesi sürətlənib.

Ötən gün Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan Qarabağ müharibəsində 3 439 hərbi qulluqçunun həlak olduğunu açıqlayıb.

35