Turistlər canlarını ölümün cəngindən güclə qurtardılar — VİDEO

© AFP 2023 / PABALLO THEKISOFil
Fil - Sputnik Azərbaycan
Abunə olmaq
İnternetdə hirslənmiş filin Afrikada turist avtomobilinə hücumunun videosu yayılıb

BAKI, 28 yanvar — Sputnik.  Hirslənmiş filin Afrikada turist avtomobilinə hücumunun videosu internetdə yayılıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, hər şey ana fil və balasının avtomobillə eyni vaxtda yolu keçməsindən sonra başlayıb.

Fillərdən biri insanları və avtomobili real təhlükə hesab edərək maşının dalınca düşüb. Bir neçə saniyə sonra avtomobilə çatan heyvan onu vurub. Amma zərbədən filin dişi qırılıb və o, təqibi dayandırıb.

İnsident Botsvanadakı Çobe milli parkında yanvarın 20-də baş versə də, internetə dünən yerləşdirilib.

Xəbər lenti
0