Əfqanıstanın Kabil şəhərində baş verən partlayışdan sonra

Partlayışda ölənlərin sayı 103 nəfərə çatdı

36
(Yenilənib 10:16 29.01.2018)
Partlayış yanvarın 27-də Vəzir-Əkbər-Xan diplomatik kvartalında baş verib

BAKI, 28 yanvar — Sputnik. Əfqanıstanın paytaxtı Kabildə partlayış nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, daha 235 nəfər yaralanıb.

Qeyd edək ki, bundan əvvəl Əfqanıstan Xarici İşlər Nazirliyi 95 nəfərin öldüyü və 191 nəfərin yaralandığını xəbər verirdi.

Partlayış yanvarın 27-də Vəzir-Əkbər-Xan diplomatik kvartalında baş verib. Bu kvartalda hökumət binaları və xarici ölkələrin diplomatik nümayəndəlikləri yerləşir. Terror aktının məsuliyyətini "Taliban" hərəkatı öz üzərinə götürüb.

36
Teqlər:
"Taliban", Kabil, partlayış, Əfqanıstan, terror
Əlaqədar
Kabildəki partlayışa görə məsuliyyəti üzərinə bu terror təşkilatı götürdü
Kabildə silsilə partlayışlar baş verib
Kabildə terror aktı nəticəsində ölənlərin sayı 30-a çatıb
Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 80-ə çatıb
Kabildə Niderland vətəndaşı oğurlanıb