CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bitən bu bitki möcüzələr yaradır

© pixabay / summawhatSarıkök
Sarıkök - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan əvvəl aparılmış araşdırma sarıkökün xərçəng xəstəliklərinin riskini azaltdığını göstərib

BAKI, 27 yanvar — Sputnik. Sarıkökün tərkibinə daxil olan və ona spesifik sarı rəng bəxş edən kurkumin maddəsi yaddaşı və əhvalı yaxşılaşdırır.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən xəbər verir ki, bunu Kaliforniya Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı aşkar ediblər.

Zəncirotu - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda bitən bu bitkinin bir yarpağı həyatınızı xilas etməyə qadirdir

Araşdırmada yaddaş zəifliyindən şikayət edən 50-90 yaş arası 40 insan iştirak edib. Alimlər iştirakçıları 2 qrupa bölüb. Bir qrup 18 ay ərzində hər gün sarıkök, digər qrup isə plasebo (boş həb) qəbul edib. Araşdırmanın sonunda məlum olub ki, sarıkök qəbul edən insanlarda yaddaş xeyli yaxşılaşıb.

Həmçinin onlar əhvalın və həyat tonusunun yaxşılaşmasını qeyd ediblər. Alimlərin fikrinə görə, sarıkök depressiyanın müalicəsində istifadə oluna bilər.

Analizlər sarıkök qəbul edən insanların beyində yaddaşın pisləşməsinə və "Altsheymer" xəstəliyinin inkişafına səbəb olan bəzi maddələrin azalmasını göstərib. Həmçinin sarıkök beyin damarlarında iltihabın azalmasına kömək edir.

Bundan əvvəl aparılmış araşdırma sarıkökün xərçəng xəstəliklərinin riskini azaltdığını göstərib.    

Xəbər lenti
0