Türk hərbi polisi Suriyada

Türkiyəyə acı xəbər: 2 şəhid, 11 yaralı

134
(Yenilənib 22:43 27.01.2018)
Öldürüldüyü dəqiq təsdiq olunan terrorçuların sayı 447-yə çatıb

BAKI, 27 yanvar — Sputnik. Türkiyə Silahlı Qüvvələri rəhbərliyi axşam saatlarında acı xəbər yayıb. Sputnik Azərbaycan Sözçü-yə istinadla xəbər verir ki, Afrində həyata keçirilən "Zeytun budağı" əməliyyatı zamanı ordu yenə şəhid verib.

TSK rəhbərliyi əməliyyatın 8-ci günündə daha 2 şəhid verildiyini, 11 əsgərin isə yaralandığını açıqlayıb. Bundan əlavə, Azad Suriya ordusunun 2 əsgəri də şəhid olub, 4 əsgəri yaralanıb.

Gün ərzində PKK/KCK/PYD-YPG və İŞİD terror təşkilatlarının daha 53 üzvü məhv edilib. Bununla da, öldürüldüyü dəqiq təsdiq olunan terrorçuların sayı 447-yə çatıb.

134
Teqlər:
Afrin, ASO, Türkiyə Silahlı Qüvvələri, şəhid, terrorçu
Əlaqədar
Türkiyə Suriyada ikinci şəhidini verdi
Dörd dəqiqəyə yerləşdirilən qanlı tarix: Biz şəhidlərimizi unutmuruq
Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn edildi
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Azərbaycan prezidenti Şəhidlər Xiyabanını ziyarət edib