Rza Zərrabın aparıldığı yer məlum oldu

© AFP 2023 / OZAN KOSE Rza Zərrab
Rza Zərrab - Sputnik Azərbaycan
Abunə olmaq
Zərrab Nyu-York şəhərindən təxminən 40 dəqiqə məsafədəki bir həbsxanada saxlanılır

BAKI, 27 yanvar — Sputnik. ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğuna görə hazırda ABŞ-da məhkəməsi davam edən Azərbaycan əsilli, İran vətəndaşı Rza Zərrabın saxlanıldığı yer ortaya çıxıb.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, eyni zamanda həm də Türkiyə vətəndaşı olan Zərrab Nyu-York yaxınlığındakı "Westchester" həbsxanasında saxlanılır. "Westchester" həbsxanası Nyu-York şəhərinə, təxminən, 40 dəqiqə məsafədə yerləşir. Onun hansı səbəbdən bu həbsxanaya köçürüldüyü açıqlanmır.

Xəbər lenti
0