ABŞ HHQ-nə aid F-35 qırıcı təyyarəsi

ABŞ müttəfiqini vurdu: 7 ölü, 11 yaralı

435
(Yenilənib 21:33 27.01.2018)
ABŞ-ın hava hücumu nəticəsində aralarında təhlükəsizlik qüvvələrinin də olduğu 7 nəfər ölüb

BAKI, 27 yanvar — Sputnik. ABŞ-ın İraqın qərbindəki Enbar vilayətində İŞİD-ə qarşı təşkil etdiyi hava hücumunda aralarında təhlükəsizlik qüvvələrinin əməkdaşları da olmaqla 7 nəfər ölüb, 11 nəfər yaralanıb.

Sputnik Azərbaycan "Star"a istinadla xəbər verir ki, İraq mətbuatında yer alan məlumatlara görə, ABŞ-a məxsus hərbi vertolyotlar Enbar vilayətinə bağlı Bağdadi nahiyəsində İŞİD mənsublarına qarşı hava hücumu təşkil edib. Nəticədə aralarında təhlükəsizlik qüvvələrinin də olduğu 7 nəfər ölüb, 11 nəfər yaralanıb.

Həmin bölgədə ABŞ qüvvələrinə aid "Eyn əl-əsəd" hərbi bazası yerləşir.

435
Teqlər:
zərbə, ölü, İraq, ABŞ, İŞİD
Əlaqədar
ABŞ-dan müəmmalı addım: Avropada müharibə hazırlığı araşdırılır
ABŞ-da qalmaqal: Miqrantları zəncirlədilər
ABŞ-ın səfirliyinin Qüdsə köçürüləcəyi tarix məlum oldu
ABŞ Suriyadan çıxacağı tarixi açıqladı
ABŞ terrorçuları Türkiyə sərhədinə yerləşdirir
Türkiyə ABŞ qarşısında tələb qoydu: "Dayandırın"