Türk əsgərləri Afrində

Afrindəki terrorçular tələyə düşdülər, Əli Bekki ələ keçirildi - VİDEO

678
(Yenilənib 21:12 27.01.2018)
Türkiyə Silahlı Qüvvələri Afrin əməliyyatı ilə bağlı yeni xəbərlər açıqlayıb

BAKI, 27 yanvar — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatı ilə PKK-nın yüksək səviyyəli şəxsləri tələyə düşüblər. Yüksək səviyyəli rəhbərlər hərəkat öncəsi qaçsa da, terror təşkilatının Afrinə məsul olan "Dərviş Afrinli" kod adlı terrorçusu bölgədə qalıb.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, təhlükəsizlik qaynaqları "Dərviş Afrinli"nin də zərərsizləşdirilə biləcəyinə diqqəti çəkir. PKK xeyli vaxtdır ki, Afrindəki silahlanma və təşkilatlanmanı İraqın şimalındakı Qəndildən verilən tapşırıqlara əsasən həyata keçirir.

Bu arada, Türkiyə Silahlı Qüvvələri Afrin əməliyyatı ilə bağlı yeni xəbərlər açıqlayıb. Məlumata görə, bu ana qədər 394 terrorçu öldürülüb, terror təşkilatının 340 hədəfi vurulub. Son olaraq, türk əsgərləri və Azad Suriya Ordusunun döyüşçüləri Əli Bekki yaşayış məntəqəsini ələ keçiriblər. PKK terrorçuları qoyub qaçdıqları əraziləri tərk etməmişdən öncə minalayırlar.

678
Teqlər:
Afrin, Azad Suriya Ordusu, Türkiyə Silahlı Qüvvələri, əməliyyat
Əlaqədar
Ərdoğan Afrindəki məqsədi açıqladı
Türk ordusunun Afrin əməliyyatından yeni videogörüntü
Türk general Afrin əməliyyatının hədəfini və gizli planı açıqladı
Afrində məhv edilmiş terrorçuların sayı bilindi
Rusiya və Türkiyə prezidentləri Afrin əməliyyatını müzakirə etdilər