Tramp Fələstini təhdid etdi, qarşı tərəfin cavabı sərt oldu

© REUTERS / Joshua RobertsDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Fələstin rəhbəri Mahmud Abbasın müşaviri Saib Ureykat Amerika rəhbərini "hörmətsiz adam" adlandırıb

BAKI, 26 yanvar — Sputnik. ABŞ prezidenti Donald Tramp Fələstini maliyyə yardımını dayandırmaqla hədələyib. Sputnik Azərbaycan "Euronews"a istinadən xəbər verir ki, prezident bunu İsveçrənin Davos şəhərində keçirilən beynəlxalq forum çərçivəsində İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı səsləndirib.

"Əgər Fələstin müzakirə masasına qayıtmaq istəməsə, o zaman bizdən pul gözləməsin. Bir həftə əvvəl mənim müavinim, vitse-prezident Mayk Pens Yaxın Şərqdə idi. Onlarla görüşmək istədi, amma qarşı tərəf cənab Mayka hörmətsizlik etdi, görüşmədi. Fələstinə yüz milyonlarla dollar yardım edirik. Pul masada gözləyir. Əgər masaya qayıdıb sülh prosesini müzakirəyə davam etməsələr, bu pulu ala bilməyəcəklər", — Tramp deyib. 

Donald Tramp - Sputnik Azərbaycan
Donald Trampdan fələstinlilərə ağır ittiham

Trampın alçaldıcı bəyanatına Fələstin rəhbərliyinin reaksiyası sərt olub.

Prezident Mahmud Abbasın müşaviri Saib Ureykat Amerika rəhbərini "hörmətsiz adam" adlandırıb.

"ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqlayaraq, Fələstin-İsrail danışıqlarında tərəfsiz vasitəçi imicini yox etdi. Biz artıq Amerikanı vasitəçi olaraq görmürük. Trampın səviyyəsiz açıqlamaları beynəlxalq cəmiyyətə, beynəlxalq hüquqa hörmətsizlikdir. Bu cür bəyanatlar İsrailin təcavüzkarlığını və işğalçı mövqeyini ucaltmaqdır. Tramp pulla bir çox şeyi ala bilər, amma Fələstin xalqının qürurunu heç vaxt".

Xəbər lenti
0