Baş həkimə 175 il hökm oxundu

Abunə olmaq
54 yaşlı baş həkim əməllərini etiraf etdiyindən onun həbs cəzası 40 ilə endirilib

BAKI, 25 yanvar — Sputnik. Gimnastika üzrə ABŞ-ın sabiq baş həkimi Larri Nassar 175 il müddətinə azadlıqdan məhrum edilib. Sputnik Azərbaycan "The Guardian"a istinadən xəbər verir ki, o, yetkinlik yaşına çatmamış qızlara tibbi prosedurlar adı ilə təcavüz etməkdə təqsirləndirilir.

54 yaşlı həkim ilk olaraq 7 qıza təcavüzdə ittiham olunurdu. Lakin məhkəmədə 156 qadın və onların qohumları Nassarı zorakılıqda günahlandırıblar.

Larri Nassar Miçiqan Universitetində həkim olub, sonra idman gimnastikası üzrə ABŞ yığmasında işləyib. Ötən ilin noyabrında o, yetkinlik yaşına çatmamış bir neçə gimnast qıza təcavüz edib.

54 yaşlı baş həkim əməllərini etiraf etdiyindən onun həbs cəzası 40 ilə endirilib.

Xəbər lenti
0