İstanbulda, Bosfor boğazında yerləşən Qız qalası

Qonşusundan Türkiyəyə həqarət

584
(Yenilənib 15:47 25.01.2018)
"Avropalı dostlarımız aqressiv qonşu ilə yan-yana olduğumuzu görür, amma bizi təqdir etmirlər"

BAKI, 25 yanvar — Sputnik. Yunanıstan baş naziri Aleksis Tsipras (Alexis Tsipras) İsveçrənin Davos şəhərində keçirilən beynəlxalq forumda Türkiyə əleyhinə sərt ifadələr işlədib. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, o, Türkiyəni "aqressiv qonşu" adlandırıb.

"Avropalı dostlarımız aqressiv qonşu ilə yan-yana olduğumuzu görür, amma bizi təqdir etmirlər. 2015-ci ildə iqtidara gəldiyimizdən indiyədək, təkcə iqtisadi böhran və qaçqın problemi ilə deyil, eyni zamanda Egey dənizində təcavüzkar hərbi uçuşlar edən aqressiv qonşu ilə məşğul olmaq məcburiyyətindəyik" — Tsipras bildirib.

Yunan baş nazir 2016-cı ildə Türkiyə və Aİ arasında imzalanan miqrant müqaviləsinin çətin, amma vacib olduğunu da söyləyib.

584
Teqlər:
aqressiv qonşu, Alexis Tsipras, Aleksis Tsipras, Yunanıstan, Türkiyə, baş nazir
Əlaqədar
Türkiyəli nazir amerikalı həmkarını susdurdu
Abbasov: “Türkiyənin məqsədi kürdləri tərk-silah etməkdir”
Türkiyə raket atəşinə tutuldu: Ölən və yaralananlar var
Türk ordusunun Afrin əməliyyatından yeni videogörüntü
Türk general Afrin əməliyyatının hədəfini və gizli planı açıqladı
Rusiya və Türkiyə prezidentləri Afrin əməliyyatını müzakirə etdilər