Ərdoğan və Tramp arasında kritik telefon danışığı

© REUTERS / Kevin LamarqueABŞ prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan
ABŞ prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan Türkiyənin BMT Nizamnaməsinin 51-ci maddəsini əsas tutaraq özünü müdafiə etdiyini və əməliyyatın davam etdiriləcəyini bildirib

BAKI, 25 yanvar — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Sputnik Azərbaycan Sözçü-yə istinadən xəbər verir ki, iki ölkənin lideri "Zeytin budağı" əməliyyatını müzakirə ediblər.

Ərdoğan Türkiyənin BMT Nizamnaməsinin 51-ci maddəsini əsas tutaraq özünü müdafiə etdiyini və əməliyyatın davam etdiriləcəyini bildirib. O, ABŞ-ın Türkiyənin terrorçu hesab etdiyi kürd birləşmələrinə hərbi yardımı dayandırmasını da istəyib.

Tramp isə Afrində artan gərginlikdən narahat olduğunu və bunun ortaq hədəfləri risk altında qoyduğunu bəyan edərək Türkiyəni ehtiyatlı olmağa çağırıb.

Xəbər lenti
0